ionlar kompleksindən ibarət olur ki, bu da mitsella adlanır. Hissəcikləri davamlı
etmək üçün sistemə stabilizator əlavə olunur. Stabilizator hissəciyin səthində
adsorbsiya olunaraq onların bir-biri ilə birləşməsinin qarşısını alır. Məs., bitki
yağı ilə suyu qarışdırıb çalxalasaq alınmış dispers sistem tezliklə
təbəqələşəcəkdir. Ancaq bu sistemə 2%-li sabun məhlulu əlavə etsək və
çalxalasaq, alınmış dispers sistem davamlı olacaqdır. Burada sabun stabilizator
rolunu oynayır. Sabun molekulunun qeyri-polyar hissəsi yağ hissəciklərində həll
olur. Polyar hissə suyun həcminə doğru yönəlir.
Dispers faza və mühitin aqreqat halına görə 8 cür dispers sistem
fərqləndirilir. Qazın qazda dispers sistemi mümkün deyil. Çünki bu sistemlər
həmişə homogendirlər.
Dispers faza və mühitin qarşılıqlı təsirinə görə liofil və liofob sistemlər
fərqləndirilir. Liofil sistemlərdə dispers faza ilə mühit arasında qarşılıqlı təsir
güclü olur. Buna misal olaraq zülalın suda məhlulunu göstərmək olar. Liofob
sistemdə dispers faza ilə mühit arasında qarışılıqılı təsir zəif olur. Misal olaraq
qızılın, kükürdün suda zollarını göstərmək olar (dispers faza bərk, dispers mühit
maye olan kolloid sistemlər zollar adlanır).
Qeyd etmək lazımdır ki, irimolekullu birləşmələrin məhlulları
termodinamiki davamlıdırlar, özbaşına əmələ gəlirlər, homogendirlər, lakin
bunlara baxmayaraq bu məhlullar kolloid kimyada öyrənilir, çünki bu məhlullar
molekulyar –kinetik xassələrinə görə kolloid məhlullara oxşayırlar. Kolloid
sistemlər təbiətdə geniş yayılmışdır. Qan, onurğa beyni mayesi, seliklər, torpaq,
çörək, əksər ərzaq məhsulları, bulanıq su və s. kolloid sistemlərdir.
10>
Dostları ilə paylaş: