Ultrafiltrasiya. Ultrafiltrasiya dispers mühit və kiçikmolekullu
qarışıqları özündən keçirən kolloid hissəcikləri isə keçirməyən yarımnüfuzetdirici
membran vasitəsilə kolloid məhlulların filtrləşməsi prosesidir.Bu prosesi
sürıtləndirmək üçün membranın hər iki tərəfində təzyiqlər fərqi ya vakuum ya
da yüksək təzyiq yaradılır.Vakuum yaratmaq üçün filtrin altındakı qabdan hava
sorulur təzyiqi artırdıqda isə filtrin üzərindəki qaba hava vurulur .Membranın
dağılmaması üçün onu bərk məsaməli lövhə üzərində yerləşdirmək lazımdır.
Ultrafiltrasiya kolloid məhlulu elektrolitlərdən və digər kiçik-molekullu
qarışıqlardan qarışıqlardan təmizləməyə imkan verir. Ultrafiltrasiya prosesində
periodik olaraq zolu su ilə durulamaqla onun yüksək dərəcədə təmizlənməsinə
nail olmaq olar.Son mərhələdə dispers mühiti sormaqla kolloid məhlulu
qatılaşdırmaq mümkündür.Dializ və ultrafiltrasiyanın kombinasiyası süni böyrək
aparatıdır.Bu aparatdan kəskin böyrək çatışmazlığında böyrəyin funksiyasını əvəz
etmək üçün istifadə edilir.Aparat operativ olaraq xəstənin qan dövranına
qoşulur.Pulsasiyaedici nasosoun (süni ürək )yaratdığı təzyiq altında qan xaricdən
fizioloji məhlulla yuyulan iki membran arasındakı nazik aralıqdan
axır.Membranın böyük iççi səthi (1500 sm qısa müddətdə (3-4 saat)qandan
şlakların –mübadiləsini və toxumaların parçalanma məhsullarının(sidik cövhəri
kerati kalium ionları və s)kənar olmasını təmin edir.
Məsamələrinin ölçüləri məlum olan filtrlərdən istifadə etməklə vasitəsilə
kolloid hissəcikləri fraksiyalara ayırmaq və onların ölçülərini təqribi təyin etmək
olar.bu üsulla bəzi virusların bekteriofağların ölçüləri təyin edilmişdir.Dializ və
Ultrafiltrasiyada istifadə olunan membranlarda məsamələrin ölçüsü 1
÷10 nm
olmalıdır.
Əks osmos Məsamələrinin ölçüləri çox kiçik olan
(
<1nm)membranlardan yüksək təzyiq (15Mpa) altında məhlulların filtrasiyası
perfiltrasiya və ya əks osmos adlanır.Məsələn asetilsellülozadan hazırlanmış
membranlar (məsamələrinin radiusu
≈10
-9
m)özündən nəinki kolloid hissəcikləri
həm də elektrolit məhlullarındakı yad molekul ionları buraxmır.Əks osmos təbii
və texniki suları təmizləmək üçün geniş istifadə olunur.
Silindrdə porşenin altında kolloid məhlul yerləşir.Kolloid məhlul
yarımnüfuzetdirici membranla təmiz sudan ayrılır.Əgər xarici təzyiq olmazsa
onda adi osmos hadisəsi baş verər yəni təmiz su membrandan məhlula keçər.Əgər
xarici təzyiq osmos təzyiqindən böyük olarsa ,onda əks osmos baş verir ,yəni
təzyiq həm mikroməsaməli membranın müqavimətini,həm də osmos təzyiqini dəf
edir və nəticədə su molekulları təmizlənən mayedən təmiz suya keçir, həll olan
qarışıqlar porşenlə membran arasındakı sahədə qatılaşır.Əks osmosun mexanizmi
belədir.Liofil membranların məsamələrində bağlı su olur.Bu su molekulları
məsamələrin ölçüsünü kiçildir və hidratlaşmış ionların məsamələrdən keçməsini
çətinləşdirir.Lakin membranın liofilliyi su molekullarının keçməsinə imkan verir.