Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən


Dispers sistemlərin kondensləşmə metodları ilə alınması



Yüklə 327,08 Kb.
səhifə35/47
tarix14.12.2023
ölçüsü327,08 Kb.
#178071
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   47
Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürə-www.fayllar.org

Dispers sistemlərin kondensləşmə metodları ilə alınması 
Kondensləşmə zamanı homogen sistem heterogen sistemə çevrilir yəni
metastabil halda olan sistemdə yəni faza (dispers faza)əmələ gəlir.Yeni fazanın
yaranmasının əsas şərti başlanğıc sistemin (məhlulun və ya buxarın )ifrat doymuş
olmasıdır.İfrat doymuş sistemlər kimyəvi reaksiyalar və ya fiziki proseslər
nəticəsində yarana bilər.Ona görə də kondensləşmə metodları iki yerə
bölünür.kimyəvi və fiziki
Yeni fazanın yaranama şəraitinə baxaq.Yeni fazanın hissəciklərinin yaranması
iki mərhələdən ibarətdir.rüşeymlərin yaranması və onların böyüməsi
.Kondensləşmə prosesi o zaman baş verir ki maddənin heterogen sistemdəki
kimyəvi potensialı (
𝜇
2
) homogen sistemdəki kimyəvi potensialından (
𝜇
1
)kiçik
olsun ((
𝜇
2
< 𝜇
1
).Yekunda əlverişli olan bu proses enerji tələb edən mərhələni



yeni fazanın rüşeymlərinin yaranması mərhələsini keçməlidir.Bu mərhələ iki


mexanizm üzrə ola bilər homogen və heterogen .
Homogen mexanizmdə metastabil sistemdə yerli ifrat doymalar –qatılığın və
sıxlığın fluktuasiyaları nəticəsində bir neçə molekuldan ibarət aqreqatlar –yeni
fazanın rüşeymləri yaranır.Heterogen mexanizmə görə isə yeni fazanın rüşeymləri
sistemdə olan və ya sistemə daxil edilən kristallaşma mərkəzləri (tozlar əlavə
edilmiş hazır zol və s.)ola bilər.
Müasir nəzəriyyəyə görə yeni fazanın müəyyən ölçülü rüşeymlərinin homogen
mexanizm üzrə yaranması şərti məlum Kelvin tənliyilə ifadə olunur.
r=
2𝜎𝑉
𝑅 𝑇 𝑙𝑛
𝐶
𝐶
burada r-yeni fazanın rüşeymlərinin radiusu,
𝜎-fazaların sərhəddindəki səthi
gərilmə, V
M-
yeni fazanın molyar həcmi, C
if
–r radiuslu hissəciklərin alınması
üçün ifrat doymuş məhlulun qatılığı C
doy
–doymuş məhlulun
qatılığıdır.tənliyindən görünür ki rüşeymlərin alınması üçün c
if
>c
doy
şərti
ödənilməlidir.İfrat doymuş məhluldan yüksək dispersli sistem o zaman alına bilər
ki rüşeymlərin əmələ gəlmə sürəti (v
1
) onların böyümə sürətindən (v
2
) xeyli
böyük olsun.( v
1
> v
2
).Əks halda iri hissəciklər alınır bu hissəciklər isə kinetik
davamsız olduğundan çökür.

Yüklə 327,08 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin