Mayenin özlülüyünün artması ilə köpüyün davamlılığı artır.
Temperaturun artması ilə köpüyün stabilliyi azalır, çünki bu zaman stabili
zatorun adsorbsiyası və özlülük azalır. Köpüklər və köpükəmələgətirmə
mühüm praktiki əhəmiyyət kəsb edir. Səthin çirkdən təmizlənməsində
(yuyulma prosesi), flotasiyada, yanğınsöndürmədə davamlı
köpüklər mühüm
rol oynayır. Bir sıra istehsal proseslərinin sürətləndirilməsində, yeyinti
sənayesində, şərabçılıqda, kosmetikada, əzcaçılıq sənayesində və s.-də
köpükəmələgəlmədən geniş istifadə edilir.
Bir sıra hallarda köpükəmələgətirmə arzuolunmaz olur. Məsələn,
köpüklər mayenin qarışdırılmasına və buxarlandırılmasına, çirkli axıntı
sularının köpüklənməsi su hövzələrinin səthini örtüb,
suyun oksigenlə
doymasına mane olur.
Dostları ilə paylaş: