OA əyrisi isə - buz üzərində doymuş buxar təzyiqinin temperaturdan
asılılığını göstərir. Bu əyri buzun buxara və ya əksinə çevrilməsini xarakterizə
edir. Buzun mayeləşmədən buxara keçməsi prosesinə - sublimasiya
deyildiyindən, burada OA əyrisi sublimasiya əyrisi adlanır.
Əyrilərin hər üçünün kəsişdiyi 0 nöqtəsi –üç fazalı sistem, yəni
buz+su+buxar arasındakı asılılığa uyğun gəlib, üçlü nöqtə adlanır. Üçlü nöqtədə
sərbəstlik dərəcəsi S=0 olur.
Sərbəstlik dərəcəsi olmayan sistemlərdə tarazlığın yaranması üçün dəqiq
şərait olmalıdır, çünki, belə sistemlərdə P və T azacıq dəyişərsə, dərhal tarazlıq
pozular. Demək belə sistemlərin üçlü nöqtəsində yalnız P və T sabit
qiymətlərində tarazlıq yarana bilər. Bu zaman üçlü nöqtədə P = 4,5mm.civə
sütunu və t
0
= 0,01
0
C olur, onda f = 3 və K = 1 olduğundan, sərbəstlik dərəcəsi S
= 0 olub, invariant, yəni, variantsız sistem əmələ gətirir.
MÜHAZİRƏ 6
Dostları ilə paylaş: |