Texniki istismarın elmi və praktiki anlayışları, əsas məsələsi
Nəqliyyat vasitələrinin texniki istismarı (NV Tİ) – onların texniki vəziyyətinin dəyişmə səbəblərini və qanunauyğunluqlarını öyrənir, nəqliyyat vasitələrinin istismar xüsusiyyətləri göstəricilərinin ədədi qiymətlərini müəyyən edən texniki sənədlərin tələblərinə cavab verən işləmə qabiliyyətini saxlamaq üçün (texniki qulluğun, təmirin və qorunmanın) metodlar və vasitələr işləyib hazırlayır.
«Nəqliyyat vasitəlrinin texniki istismarı» bir elm kiminəqliyyat vasitələri parkının texniki vəziyyətinin daha da səmərəli idarə edilməsinin yollarını və metodlarını müəyyən edir və bu zaman aşağıdakı məqsədlər qoyulur:
nəqliyyat vasitələrinin istismar etibarlılığının verilmiş səviyyəsinin saxlanması və konstruksiyasının texniki imkanlarının tam reallaşdırılması ilə daşımaların müntəzəmliyinin və təhlükəsizliyinin təmin edilməsi;
maddi və əmək məsrəflərinin optimallaşdırılması;
hərəkət tərkibinin texniki vəziyyətinin personala və ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi.
«Nəqliyyat vasitələrinin texniki istismarı» praktiki fəaliyyət sahəsi kimi texniki, sosial, iqtisadi və təşkilati tədbirlər kompleksi olub maddi və əmək resurslarının rasional istifadəsi və personalın normal əmək və məişət şəraitinin təmin edilməsi ilə nəqliyyat vasitələri parkının texniki saz vəziyyətdə saxlanmasını təmin edir.
Nəqliyyat vasitələrinin xidmət müddətlərinin ildən ilə yüksəldilməsi onunla izah edilir ki, onların konstruksiyaları təkmilləşdirilir, yüksək keyfiyyətli istismar materiallarından istifadə edilir, istismar şəraiti (xüsusən yol şəraiti) yaxşılaşdırılırvə s. Onu da qeyd etmək lazımdır ki, texniki istismarın yerinə yetirdiyi tədbirbr o halda müsbət nəticələr verir ki, istehsal edibn nəqliyyat vasitələrinin, aqreqatların və ehtiyat hissələrinin keyfiyyətləri yüksək olsun. Belə ki, sənaye işçiləri istismarçıları yüksək istismar keyfiyyətlərinə malik olan hərəkət tərkibi ilə təmin etməlidirlər. Bu baxımdan keyfiyyətli texniki istismar arasındakı əlaqəni aydınlaşdırmaq üçün nəqliyyat vasitələrinin istismar keyfiyyətləri ilə tanış olaq.
Dostları ilə paylaş: |