Nəqliyyat vasttələrinin texniki vəztyyətinin təyin olunma üsullari
Ümumiyyətlə, hərəkət tərkibinin texniki vəziyyəti üç üsulla təyin edilir:
vizual müşahidələr yolu ilə (məsələn, avtomobilin və ya onun hər hansı bir aqreqatmı
xaricdən nəzərdən keçirməklə);
bilavasitə ölçmə əməliyyatım yerinə yetirməklə;
v) dolayı yolla, yəni, xarici təzahürlərə (əlamətlərə) görə.
Hərəkət tərkibinin, xüsusilə avtomobilin texniki vəziyyətinin təyin edilməsi çox mürəkkəb prosesdir. Çünki onun konstruksiyasında baş verən imtina və nasazlıqların çoxu gizli xarakter daşıyır. Bunlar birinci üsulla aşkara çıxarmaq həmişə mümkün deyil. İkinci üsulla pozğunluqları təyin etmək üçün tədqiq obyekti sökülməlidir. Bu isə vaxt itkisi və böyük iş həcminin yerinə yetirilməsi ilə əlaqədar olduğundan avtomobilin boş dayanma müddəti artır, məhsuldarlıgı aşağı düşür, son nəticədə daşımaların maya dəyəri yüksəlir. Bu baxımdan avtomobilin texniki vəziyyətinin təyin edilməsi üçün üçüncü üsuldan geniş istifadə edilir. Burada avtomobilin texniki vəziyyəti müxtəlif avadanlıqlardan istifadə etməklə, özü də sökülmədən təyin edilir. Bunun nəticəsində avtomobilin təmirdə boş dayanma müddəti azaldığı üçün ondan istifadə dərəcəsi artır.
Nəqliyyat vasitələrinin texniki vəziyyətinin üçüncü üsulla, yəni, xarici əlamətlərə görə təyin edilməsi «diaqnostika» adı ilə geniş yayılmışdır.
Dostları ilə paylaş: |