Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə41/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Diaqnostika prosesləri

Diaqnostikanın növləri və üsulları

Diaqnostika prosesinin mahiyyəti müəyyən miqyasda sistemin struktur parametrlərini təyin edən, diaqnostik əlaqələri qiymətləndirən diaqnostik parametrlərin qəbul edilməsindən və ölçülməsindən, bu parametrlərin buraxıla bilən sərhəd qiymətləri ilə müqayisə edilməsi nəticəsində obyektin texniki və-ziyyəti haqqında mühakimə yürütməkdən ibarətdir.

Diaqnostika proseslərinə daxildir:obyektə testlə təsir etmə; diaqnostik parametrlərin ölçülməsi;alınmış informasiyanın emal edilməsi; diaqnozun qoyulması.

İnformasiyanın emalı diaqnostik parametrlərin (D) həm növünə, həm də qiymətinə (hüdudları müəyyənləşdirən qurğular vasitəsilə) görə çevrilməsindən, gücləndirilməsindən, analizindən və süzgəcdən keçirilməsindən ibarətdir.

Diaqnozun qoyulması ən sadə halda, alınmış siqnalın ( diaqnostik parametrin kəmiyyətini ifadə edən) normativ qiymətlə müqayisəsindən ibarətdir. Mürəkkəb hallarda məntiqi qurğular (diaqnostik matritsalar və ya təsvirləri tanıyan cihazlar) tətbiq edilir. Diaqnostika prosesində iki növ diaqnostika etmədən istifadə olunur: geniş informasiyalı diaqnostik siqnalın ( məsələn, akustik) analizi əsasında və dar çərçivədə informasiya daşıyan lokal (yerli, fərdi) siqnalların sintezi əsasında. Hər iki növün birləşdirilməsi mümkündür. Sintez metodu əsasında diaqnostika lokal, nisbətən sadə vericilərin köməyilə aparılır. Metodun çatışmayan cəhəti məntiqi sintez edən qurğunun tətbiqinin zəruriliyi, mürəkkəb olması və vericilərin quraşdırılıb-çıxarılmasının böyük əmək tutumlu olmasıdır. Analiz metodu ilə diaqnostikada bu çatışmayan cəhətlər yoxdur. Lakin onun tətbiqi üçün diaqnostik siqnalların bölünməsini təmin edən xüsusi analiz edici qurğular tələb olunur.

Şəkil …İnformasiyanın alınması və emalının müxtəlif metodlarını istifadə etməkləmürəkkəb obyektin texniki vəziyyətinin diaqnostika prosesi: analiz metodu.

Diaqnostika prosesləri texniki qulluq növləri ilə uzlaşdırıldıqda bu proseslərin sonradan texnoloji hazırlanması alqoritmlərin və diaqnostik texnoloji xəritələrin köməyilə yerinə yetirilir.

Diaqnostika prosesinin alqoritmi diaqnostik, nizamlama və təmir əməliyyatlarının rasional ardıcıllığının struktur təsviridir. Bu alqoritmlə müəyyən edilir: diaqnostika obyektinin test rejiminə çıxarılması; ilkin diaqnozun qoyulması; növbəti elementə keçid; nizamlama və təmir əməliyyatları; təkrar və yekun yoxlamalar. Belə alqoritm ümumi diaqnostika alqoritmindən və TQ-u müşayiət edən elementlər üzrə diaqnostikanın ―yan‖ alqoritmlərindən ibarət ola bilər. Alqoritm qurulduqda diaqnostika obyektinin və vasitələrinin xüsusiyyətləri nəzərə alınır və iqtisadi meyara görə ( digər variantlarla müqayisə etməklə) optimallaşdırılır.

Diaqnostik texnoloji xəritə diaqnostika prosedurunun istehsaıat üçün yararlı çəkildə yekun təsvirini verir. Texnoloji xəritədə göstərilir: əməliyyatların və keçidlərin sıra nömrələri; əməliyyatların əmək tutumları; istifadə olunan avadanlıq və materiallar; icraçılar (işçilər barədə məlumat); təkrarlanma əmsalları.



Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin