Diaqnostik əlamətlər və parametrlər.
Nəqliyyat vasitəsinin (avtomobilin) istənilən mexanizminin və ya sisteminin texniki vəziyyəti özünün struktur parametrləri ilə qiymətləndirilir. Bu parametrlər mexanizmin elementləri arasmda əlaqəni və qarşılıqlı hərəkəti təyin edən göçtəricilərdir. Struktur parametri - mexanizmin texniki vəziyyətinin keyfiyyət göstəricisidir. Başqa sözlə desək, struktur parametrlər mexanizmin struktur sistemini (elementlərin bir-birinə nəzərən yerləşdirilmə xüsusiyyətlərini) xarakterizə edir. Məsələn, val-yastıq birləşməsi üçün struktur parametrlər yastığm və sapfanın (valın yastıq oturan hissəsi) ölçüləridir. Bu parametrlərlə də onlar arasındakı araboşluq, konusluq, eynioxluluq və s. texniki şərtkır müəyyən edilir.
Struktur parametrbr əsas və ikinci dərəcəli olmaqla iki qrupa bölünürlər. Mexanizmin normal işləmə qabiliyyətinə təsir edən parametrlərə əsas, təsir etməyən parametrlərə isə (obyektin xarici görünüşünü qiymətləndirən) ikinci dərəcəli struktur parametrlər deyilir. Diaqnostik əlamətləri və parametrləri nəzərdən keçirək.
Şəkil 1. Diaqnostik parametrlərin təsnifatı:
a- yaranma prinsipinə görə; b-məlumatın növünə görə; v- yürüşdən asılı olaraq dəyişmə
funksiyasına görə; q- struktur parametrin dəyişmə funksiyasına görə.
Hər bir hərəkət tərkibi fərdi etibarlılığa malik olduğu üçün struktur parametrlərin avtomobilin işləmə qabiliyyətinə təsiri də xüsusi xarakter daşıyır. Avtomobil üçün struktur parametrlərdən danışdıqda onun aqreqat, mexanizm və sistemlərinin struktur parametrlərinin yekunu nəzərdə tutulur. Avtomobil əsasən bir funksiyanı (daşımaları) yerinə yetirdiyi halda onun aqreqat və mexanizmləri müxtəlif işçi proseslərinə məruz qalır. Bu proseslərə bəzən çıxış və yaxud xarici proseslər də deyilir. Çıxış prosesbri özbrinin işçi parametrləri (xarakteristikaları) ilə qiymətləndirilirlər. İşçi parametr nəzarət altında olan (diaqnostika edibn obyektin) işləmə xüsusiyyətinin xarici təzahürünün keyfiyyət göstəricisinə deyilir. Məsələn, mühərrik üçün belə parametr işlənmiş qazların tərkibi, transmissiyanın aqreqatları üçün titrəmələr, tormoz sistemi üçün tormozlamanın keyfiyyəti və s. ola bibr. Bu cür xüsusiyyətlər mexanizmin texniki vəziyyəti haqqında müəyyən mülahizələr yürütməyə imkan verir və özləri də diaqnostik simptomplar (siqnallar) və ya əlamətlər adlandırılırlar. Diaqnostik əlamət kimi mexanizmlərin rəqsi proseslərindən, istilik hallarından, birləşmələrin kiplik dərəcələrindən və s.-dən istifadə edilir.
Hər bir diaqnostik əlamət müşahidə altmda olan obyekt üçün dəyərli məlumatlar daşıyır və özü də müvafıq diaqnostik parametrlərlə qiymətbndirilir. Məsələn, mühərrikin effektivliyi onun gücü və yanacaq sərfi, tormozlarm təsiri tormozlama yolu və yavaşıma təcili, ilişmə muftasınm sazlığı sürüşmə dərəcəsi (%-lə), sükan idarəsinin texniki vəziyyəti çarxın lüftü və ona tətbiq edilən qüvvə ilə qiymətləndirilirlər.
Əgər diaqnostik parametrbr avtomobilin texniki vəziyyətini bütövlükdə qiymətbndirirsə bunlara ümumi (hər 100 km. yürüşə sərf edilən yanacağm miqdarı, titrəmələrin, səslərin, rəqslərin amplitudaları və s.), konkret mexanizmin texniki vəziyyətini xarakterizə edirsə (sürətlər qutusunda və reduktorda səslər, tormoz sistemində tormozlama yolu, kardan ötürməsində valm vurması və s.) bunlara isə xüsusi diaqnostik parametrlər deyilir.
Diaqnostik simptomplar və parametrlər diaqnostika edilən obyektin nasazlığı və ya imtinası haqqında verdikləri informasiynın həcminə, xarakterinə və qarşılıqlı asılılığına görə üç qrupa bölünür:
|