Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"



Yüklə 1,78 Mb.
səhifə37/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Parametr - sistemin, elementin, mexanizmin və bütövlükdə prosesin vəziyyətini xarakterizə edən kəmiyyət və keyfiyyət ölçüsüdür.

Mexanizmin strukturparametrləri fiziki kəmiyyətlər (araboşluğu,mm; temperatur,dərəcə; elektrik gərginliyi,V; güc, Vt və s.) olub, mexanizmin elementləri və onun işləmə qabiliyyəti və ya funksiyaları (işləməsi) arasında əlaqəni və qarşılıqlı təsiri xarakterizə edir.

Diaqnozun qoyulmasının məntiqi prosedurunun əsasını fiziki kəmiyyətlər təşkil edir. Ölçmələr zamanı bunların vasitəsilə diaqnostika edilən obyektin struktur parametrləri təyin edilir. Fiziki kəmiyyətlərin sayı məhduddur və 200dən artıq deyildir.

Fiziki parametrlər aşağıdakı qruplara bölünür:



  • kinematik;

  • həndəsi;

  • statik və dinamik;

  • mexaniki və molekulyar;

  • istilik;

  • akustik;

  • elektrik və maqnit;

  • şüalanma;

  • atom fizikası;

  • universal fiziki sabitlər.

Struktur parametrlərinin bilavasitə ölçülməsi imkanı məhdud olduğundan diaqnostika etmədə mexanizmin işləmə prosesini müşaiyət edən xarici (dolayı) əlamətlər (qızma, istilik halı,yağın sərfi və tərkibi, vibrasiya və s.) istifadə olunur. Bu əlamətlər obyektin texniki vəziyyəti haqqında lazımi informasiya daşıyıcısıdır və diaqnostik əlamətlər adlandırılır.

Diaqnostik əlamətin ədədi qiyməti diaqnostik parametr adlanır.




Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin