Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


NV-nin etibarlılığının əsas xüsusiyyətləri :imtinasıziıq, ömüruzunluğu, təmirəyararlılıq, qorunma qabiliyyəti



Yüklə 1,78 Mb.
səhifə30/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

NV-nin etibarlılığının əsas xüsusiyyətləri :imtinasıziıq, ömüruzunluğu, təmirəyararlılıq, qorunma qabiliyyəti

Etibarlılıq anlayışı, əsas xüsusiyyətləri, parametrləri

Verilmiş istismar şəraitində və interval yürüşündə, istismar göstəricilərini qəbul edilmiş normalar hüdudunda saxlamaq şərtilə nəqliyyat vasitəsinin öz funksiyasını yerinə yetirə bilmə xüsusiyyətinə etibarlılıq deyilir. Hərəkət tərkibinin etibarlılığı onun layihələndirilməsinə başlanan andan nəzərdə tutulur. Konstruktorların müəyyən etdikləri etibarlılıq istehsalçılar və istismarçılar tərəfindən müxtəlif texnoloji və istismar tədbirləri vasitəsilə qorunub saxlanılmalıdır. Konstruksiya detallarının təbii yeyilməsi və başqa səbəblər nəticəsində imtinaların intensivliyi yürüşlə mütənasib artdığı üçün onların etibarlılığı aşağı düşür. Aydındır ki, bu baxımdan təzə konstruksiyanın etibarlılığı əsaslı təmir keçmiş analoqunun etibarlılığından dəfələrlə yüksəkdir. Buna görə də etibarlılıq dərəcəsi nəqliyyat ya da onun hər hansı aqreqatı, mexanizmi, sistemi, detalı üçün müəyyən yürüş intervalında nəzərdən keçirilir. Burada istismar şəraiti (xüsusilə yol və iqlim şəraiti) mühüm rol oynayır. Etibarlılıq nəzəriyyəsinin əsas müddəalarından hərəkət tərkibi üçün istifadə etdikdə nəqliyyat vasitəsinə bir sistem kimi, onun aqreqatlarına, mexanizmlərinə, sistemlərinə və detallarına isə element kimi baxılır. Əgər nəzərdən keçirilən obyekt aqreqatdırsa, onda ona da sistem kimi baxmaq olar.

Məlumdur ki, hərəkət tərkibi uzun müddət istismar edilmək üçün hazırlanır. Onun aqreqat və mexanizmlərinin müxtəlif ömür uzunluğuna malik olmaları tələb edir ki, müəyyən yürüşlərdən sonra və ya tələbat olduqda profilaktik və təmir xarakterli texniki təsirlər yerinə yetirilsin. Lakin çalışmaq lazımdır ki, nəqliyyat vasitəsi texniki qulluğa və təmirə az-az gəlsin, həmçinin bu zaman çəkilən xərclər minimuma endirilsin. Deməli, etibarlılıq göstəriciləri elə olmalıdır ki, onlar müxtəlif xarakterli texniki təsirlərin minimum vaxtda və xərclərlə yerinə yetirlməsini təmin etsinlər. TQ-un və təmirin əmək-material xərcləri, həmçinin iş həcmi, detallarm ömür uzun-luğunu artırmaq, avtomobilin konstruksiyasının təmirəyararlığını yüksəltmək, istismar materiallarının keyfıyyətini yaxşılaşdırmaq və s. yollarla azaldıla bilər. Nəqliyyat vasitəsinin etibarlılığı işləmə qabiliyyəti anlayışı ilə sıx bağlıdır ki, bu da bildiyimiz kimi öz funksiyasını verilmiş normativlər hüdudunda yerinə yetirmə qabiliiyyətinə deyilir. Nəqliyyat vasitəsi onda işləmə qabiliyyətinə malikdir ki, o, daşımaları normal texniki vəziyyətdə yerinə yetirə bilir.

Etibarlılıq anlayışını mürəkkəb bir sistem kimi avtomobil nəqliyyatının timsalında nəzərdən keçirək.

Avtomobilin etibarlılığı kompleks meyar olub imtinasızlıq, ömüruzunluğu, təmirəyararlılıq


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin