Texniki qulluq və təmirin rejimi, optimai rejim. Texniki qulluğun və təmirin rejimi.
Profilaktik və ya təmir xarakterli texniki təsirlərin iş həcmi, miqdarı və texniki qulluqlar arası yürüş (periodiklik) birlikdə TQ və CT-in rejimini təşkil edir.
TQ və təmirin rejimi elə seçilməlidir ki, aqreqat və mexanizmlərdə baş verəcək imtinaların sayı minimum olsun. Rejimi düzgün təyin etmək üçün hərəkət tərkibinin texniki vəziyyətini qiymətləndirən göstəricilərin müxtəlif amillərin təsirindən dəyişmə qanunauyğunluqlarını bilmək lazımdır. TQ və CT-in rejiminin təyin edilməsi texniki istismarın ən mürəkkəb məsələlərindən biridir. Çünki müxtəlif istismar şəraitində işləyən nəqliyyat vasitəsinin eyni adlı mexanizmlərinin işləmə qabiliyyəti müxtəlif formada dəyişir. Bundan başqa işləmə müddəti (yürüş) artdıqca imtinaların intensivliyi də artır. Digər tərəfdən avtomobil nəqliyyatı üçün xüsusilə qeyd etmək lazımdır ki, eyni markalı avtomobil eyni istismar şəraitində və eyni daşımalarda işlədikdə belə həmin avtomobilin vəziyyəti fərqlənən qanunauyğunluqla dəyişir.
TQ və CT-in rejimi elə olmalıdır ki, nəqliyyat vasitələrinin etibarlı və uzun ömürlü işi təmin olunmaqla bərabər müxtəlif xarakterli təsirlərin yerinə yetirilməsi minimum xərclərlə başa gəlsin. Bu şərti təmin edən rejimə TQ və təmirin optimal rejimi deyilir. Başqa sözlə desək, optimal rejim elə rejimə deyilir ki, TQ-da və CT-də görüləcək işlər uyğun olaraq elə periodikliklə və keyflyyətlə yerinə yetirilməlidir ki, nəinki hərəkət tərkibinin etibarlılığı və ömür uzunluğu təmin olunmalı, həm də vahid yürüşə və ya nəqliyyat işinə düşən texniki qulluq və təmir xərcləri minimum olsun.
TQ və CT-in optimal rejiminin təyin edilməsi profilaktika xarakterli texniki təsirlərin hansı yürüşlərdən sonra yerinə yetirilməsi ilə sıx əlaqədardır. Bu məqsədlə texniki qulluq işləri üçün optimal periodikliyin müxtəlif təyin olunma variantları mövcuddur (texniki vəziyyətin parametrlərinin yürüşdən asılı olaraq dəyişmə dinamikasma, imtinasızlığın buraxıla bilən səviyyəsinə, TQ və CT-ə sərf edilən xüsusi xərclərin cəminin minimum qiymətinə görə və s.).
Qeyd etmək lazımdır ki, mövcud olan istismar kateqoriyaları (xüsusən avtomobil nəqliyyatı üçün) müxtəlif olduğuna görə hərəkət tərkibinin istismar keyfiyyətləri dəyişir. Buna görə də TQ və CT üçün Əsasnamədə verilmiş normalar korreksiya edilir.
Bu cür hesablama hər bir aqreqat, sistem və mexanizm üçün ayrılıqda aparılır. Bundan sonra cari təmirin bütün əməliyyatları periodikliyin qiymətindən asılı olaraq üç qrupa bölünür:
Tez-tez təkrar olunan əməliyyatlar - buradalp lTQ1
Hərdənbir təkrar olunan əməliyyatlar - bu halda lp lTQ2
Nadir hallarda təkrar olunan əməliyyatlar – burada (2-3)lTQ2
Göstərilən periodikliklərin qiymətlərinə müvafiq olaraq CT-in əməliyyatları texniki qulluqda yerinə yetirilir. Bununla avtomobilin təmirdə boş dayanma müddəti azalır.
Əsasnamədə TQ və CT üçün bütün normalar konkret istismar şəraiti (I dərəcəli istismar kateqoriyası) üçün müəyyən edilmişdir.
İlişmə muftasında sürüşmələrin miqdarını təyin etmək üçün avtomobili yük altında işlətməklə kardan valı stroboskopik lampa ilə işıqlandırılır. Əgər sürüşmə yoxdursa, kardan valı hərəkətsiz kimi görünür.
İnersiyalı diaqnostika stendlərində mühərrikin güc göstəriciləri verilmiş sürət intervalında, düz ötürmədə qaçış barabanlarının sürətlənmə vaxtına (yoluna) görə təyin edilir. Yanacaq sərfi sürətlənmə zamanı və qərarlaşmış rejimlərdə (yüksüz) ölçülür.
Diaqnostika stendlərində avtomobilin güc-iqtisadi göstəricilərindən başqa mühərrikin silindrporşen qrupunun və qazpaylama mexanizminin texniki vəziyyətini, alışdırmanın qabaqlama bucağının düzgün qurulmasını və karbüratorun nizamlanmasını (yanacaq sərfinə və aparan təkərlərdəki gücə görə) ilişmə muftasının, ötürmələr qutusunun, kardan valının, baş ötürücünün (uyğun olaraq ötürülən burucu momentə, səslərə və istiliyə, indikatorun göstərişinə, döyüntülərə görə) texniki halını da təyin etmək mümkündür. Texniki istismarını kompleks göstəricləri
Texniki istismarın son məqsədi nəqliyyat vasitələrinin məhsuldarlığından tam istifadə etməklə daşımaların maya dəyərini aşağı salmaqdır. Bunun üçün istismarda texniki cəhətdən saz olan nəqliyyat vasitələrinin sayını artırmaq, TQ və təmir xərclərini azaltmaq, işçilərin əmək məhsuldarlığını yüksəltmək, əməyin elmi surətdə təşkili məsələlərində nəzəri fənlərdən (ehtimal, etibarlılıq, kütləvi xidmət nəzəriyyələri) istifadə etmək lazımdır. Texniki istismarın səmərəliliyi də elə bu deyilən və bunlara bənzər xüsusiyyətlərin göstəriciləri ilə qiymətləndirilir.
İstismar prosesində nəqliyyat vasitəsi müxtəlif texniki vəziyyətlərdə ola bildiyi üçün istifadə edilmə dərəcəsi də müxtəlif qiymətlərdə dəyişir. Hərəkət tərkibinin istifadə edilmə dərəcəsi ancaq onun texniki vəziyyətindən asılı deyil. Belə ki, əsas nəqliyyat vasitələrindən biri olan avtomobil işləmə qabiliyyətinə malik olduğu halda bəzən istismara buraxıla bilmir. Avtomobilin texniki cəhətdən saz olduğu halda istismar edilə bilməməsinin səbəbi işçi qüvvəsinin (sürücülərin) olmaması, avtomobilin istismar materialları (yanacaq, yağ, texniki mayelər) o cümlədən rezinlərlə (şinlə) təmin edilməməsi və s. ola bilər.
Hərəkət tərkibinin texniki vəziyyətini və istifadə edilmə dərəcəsini qiymətləndirmək üçün uyğun olaraq texniki hazırlıq və istifadə əmsalları hesablanır (avtomobil nəqliyyatı üçün bu əmsalları nəzərdən keçirək)
Dostları ilə paylaş: |