Mühazirə konspekti İxtisas "Nəqliyyat vasitələrinin təmiri və servisi"


Benzin mühərriklərinin yanacaqları



Yüklə 1,78 Mb.
səhifə17/51
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#42076
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   51
AVTOMOBİLLƏRİN-TEXNİKİ-İSTİSMARI-1

Benzin mühərriklərinin yanacaqları. Bu mühərriklərdə yanacaq kimi benzinlər işlədilir.Benzinlərin avtomobil detallarının yeyilməsinə təsir edən və istismar xüsusiyyətlərini qiymətləndirən əsas fıziki-kimyəvi göstəriciləri bunlardır: fraksiya tərkibi, detonasiyaya qarşı davamlılığı, benzinin tərkibində kükürdün, kükürdlü birləşmələrin, mineral (suda həll olunan) və üzvü turşuların, həmçinin qələvilərin miqdarı.

Benzinlərin istismar keyfiyyətlərini xarakterizə edən əsas fiziki-kimyəvi xassələri aşağıdakı kimi qruplaşdırmaq olar:

а) mühərrikin imtinasız işinə təsir edən — fraksiya tərkibi , doymuş buxarların təzyiqi,

mexaniki qarışıqların və suyun olması;


  1. mühərrikin gücünə və benzin sərfinə təsir edən — detonasiyaya davamlılıq, benzinin

sıxlığı;

  1. mühərrikin yeyilməsinə, texniki qulluq və təmir xərclərinə təsir edən,— stabillik,

çöküntü əmələ gətirməyə meyllilik, korroziya aqressivliyi.

Fraksiya tərkibi yanacağın miqdarı ilə (%-lə) onun qovulma temperaturu arasındakı asılılığı göstərir (yanacağın müəyyən temperaturda qaynayıb ayrılan hissəsinə fraksiya deyilir). Fraksiya tərkibi yanacağın buxarlanma qabiliyyətini xarakterizə edir. Buradan aydınlaşır ki, işçi qarışığının lazımi tərkibdə və keyfiyyətdə hazırlanması fraksiya tərkibindən asılıdır. Fraksiya tərkibinin xarakterizə etmək üçün standartda benzinin 10, 50, 90%-nin və son qovulma temperaturları göstərilmişdir. Bir sıra hallarda benzinlərin başlanğıc qovulma temperaturları da verilir.

Qovulma temperaturlarının qiymətlərindən asılı olaraq benzinlərdə işəsalıcı (baş), orta və çətin buxarlana bilən fraksiyaların olması haqqında mühakimə yürüdülür. Benzinlərin qovulma temperaturlan aşağı olduqca soyuq havalarda mühərrikin işə düşməsi asanlaşır. Lakin qovulma temperaturu həddindən çox kiçik olduqda isti havalarda qida borularında «buxar tıxacı» əmələ gəlir ki, bu da mühərrikin işləməsinə mane olur. Benzinlərin qovulma temperaturları (həmçinin son qovulma temperaturu) yuxarı olduqda onlar çətin buxarlanır (xüsusən soyuq havalarda), silindrin divarlarındakı yağı sıyırıb karterə tökür, yağın keyfiyyəti pisləşir, bunun nəticəsində isə detalların yeyilmə dərəcəsi yüksəlir, yanacaq sərfi artır və s. Bu deyilən xoşa gəlməz halların qarşısını almaq üçün benzinlərin qovulma temperaturları normalaşdırılır. Müasir avtmobil benzinləri üçün qovulma temperaturları aşağıdakı sərhədlərdə dəyişir.

Başlanğıc qovulma temperaturu ................30- 65°C

10%-nin---"------"--- ................45- 85°C

50%-nin---"--.........."--- ..............100-125°C

90%-nin---"............"--- ..............160-180°C Son ---"...........-"--- ..............185-200°C

Benzinlərin əsas istismar keyfiyyətlərindən biri də onların detonasiyaya qarşı davamlılığıdır. Mühərrik detonasiya ilə işlədikdə mexanizmlərin detallarına təsir edən dinamiki yüklərin miqdarı artır, temperaturun yüksəlməsindən araboşluqlarda yağlar buxarlanır və ya yanır. Nəticədə mühərrikin ümumi yeyilmə dərəcəsi dəfələrlə artır. İşçi qarışığı detonasiya ilə yandıqda alovun yayılma sürəti 1500-2500 m/san.-yə (normal yanmadan 100 dəfə çox) çatır. Mühərrikdə detonasiya ilə yanma getdikdə silindrlərdə təzyiq sıçrayışla artır. Detonasiya ilə yanmada mühərrikin detalları qızır, o, sərt və qeyri-müntəzəm işləyir, gücü aşağı düşür, yanacaq sərfi isə artır. Bütün bunlara görə mühərrikin ömür uzunluğu azalır. Benzinlərin detonasiyaya qarşı davamlılığı oktan ədədi ilə qiymətləndirilir. Oktan ədədi izooktanla normal heptan qarışığındakı izooktanın %-lə miqdarına deyilir ki, bu qarışığın detonasiyaya davamlılığı sınaqdan keçirilən benzinin detonasiya davamlılığına bərabər olur. Oktan ədədi yüksəldikcə benzinin istismar keyfiyyətləri yaxşılaşır, o cümlədən detonasiyaya davamlılığı artır.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin