etmək-statistik metodların psixologiya
sahəsində tətbiq edil-
məsinin başlıca məqsədidir.
2
Psixoloji tədqiqatlarda zəruri düzgün metod seçib adekvat
üsulların düzgün tətbiqi sahəsində müasir psixologiyanın ən
mürəkkəb nəzəri və praktik problemlərinin
həlli təmin edilmiş
olur.
İnsanın fərd və şəxsiyyət kimi inkişaf mərhələləri
Psixologiya elmi insani fərd və şəxsiyyət kimi öyrənir. Çünki
insan
dünyaya fərd kimi gəlir, ictimai münasibətlər sistemində,
ünsiyyətin sayəsində şəxsiyyətə çevrilir. Fərd termini insanın bir
bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini ifadə edir. Fərd
anlayışı
ümumilikdə, götürdükdə insan cinsinə mənsub olma
faktını nəzərdə tutur. Bu baxımdan həm yeni doğulmuş uşaq, həm
də yaşlı adam fərddir.
Bir cəhəti də dəqiqləşdirək: insan
fərd kimi doğularaq cə-
miyyətin üzvü kimi müəyyən etik, estetik
və sosial keyfiyyətləri
mənimsədikdən sonra şəxsiyyətə çevrilir. Lakin şəxsiyyət
mürəkkəb anlayışdır. Onun psixoloji baxımdan
müxtəlif xüsu-
siyyətləri vardır. Onlardan aşağıdakıları göstərmək olar:
1)
şəxsiyyət fəaliyyət dairəsini daimi genişləndirməklə öz həyat
yolunu müəyyən edir;
2)
şəxsiyyətin həyat istiqamətini-onun maraq, əqidə və davamlı
motivlər sistemi müəyyən edir.
3)
şəxsiyyətin fəallığının mənbəyi olan tələbatlar sisteminə
uyğun gələn obyektlər.
Onun həyat mövqeyində, maraq və
meyllərində, emosiya və hisslərində özünün aydın ifadəsini tapır;
4)
şəxsiyyətin əməyə,
onu əhatə edən insanlara, özünə
münasibətləri onun şəxsiyyətini xarakterizə edir.
Nəzərdən keçirdiyimiz bu xüsusiyyətlər heyvanlar arasında
böyümüş uşaqlarda müşahidə olunmur. Çünki onlar fər-
Dostları ilə paylaş: