MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə10/71
tarix01.12.2023
ölçüsü0,7 Mb.
#170988
1   ...   6   7   8   9   10   11   12   13   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

 
1
 
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. Bakı, "Maarif', 1989, 
sə. 105-109. 
16 
downloaded from KitabYurdu.org


Deməli, fəaliyyətin ilkin fərqləndirici əhəmiyyəti ondan ibarət-
dir ki, insan fəallığının mənbəyi tələbatlar əsasında yaranır və 
düşünülmüş məqsədlə idarə olunur. 
Qeyd etmək lazımdır ki, qarşıya qoyulmuş məqsədə nail 
olmaq üçün, fəaliyyətin müvəffəqiyyətli icrasından danışmaq 
lazımdır. Nəhayət, fəaliyyət insan davranışını elə idarə etmək 
qabiliyyətinə malik olmalıdır ki, məqsədəyönəlmiş hərəkətləri 
həyata keçirə bilsin. Buradan görünür ki, fəaliyyət idrak və iradi 
proseslərlə sıx bağlıdır, onlar olmasa mövcud ola bilməz. 
Müasir insanlarda, onların tələbatlarına uyğun olaraq çoxlu 
miqdarda fəaliyyət növü vardır. Onları təsəvvür etmək üçün 
həmin insanın tələbatlarına uyğun olaraq onları hesablamaq 
lazımdır. Bu iş isə olduqca mürəkkəbdir, çünki tələbatların 
əhəmiyyətlilik dərəcəsi müxtəlifdir. 
Bütün insanlar üçün xarakterik olan fəaliyyət növlərini 
ümumiləşdirsək onların fərdi inkişaf aktivliyi nəzərə alınmaqla 
aşağıdakı əsas fəaliyyət növlərini göstərə bilərik: ünsiyyət, oyun, 
təlim və əmək. 
Ünsiyyət-birinci fəaliyyət növü olmaqla insanın fərdi inkişaf 
prosesində yaranır. Onun ardınca oyun, təlim və əmək gə-
lir.Bütün bu fəaliyyət növləri inkişaf etdirici xarakter daşıyır və 
şəxsiyyətin intellektual inkişafında aktiv iştirak edir. 
Ünsiyyət fəaliyyətində (başqa sözlə desək kommunikatik 
fəaliyyətdə) obyekt başqa adamlardır. İnsan psixikasında məhz 
nəyə təsir edəcəyimizdən asılı olaraq ünsiyyət fəaliyyətinin 
psixoloji məzmunu da müxtəlif olacaqdır. Bir halda bu yeni 
biliklərin verilməsindən, başqa halda əqidənin dəyişilməsindən, 
üçüncü halda isə işə bilavasitə təhrikdən ibarət olacaqdır. 
Ünsiyyət fəaliyyətində insanlar işin məqsədini bir-birinə izah 
edir, iş prosesində qarşıya çıxan çətinlkləri və nöqsanları 
müzakirə edir, məsləhətləşirlər. Bu prosesdə ünsiyyət ancaq və 
ancaq insanların birgə fəaliyyətinin təşkilinə xidmət edir. 
Ünsiyyətin fəaliyyət obyektini bir adam (və ya iki-üç) və ya çox 
adamdan məktəbin sinfi, auditoriya. bütöv zal) ibarət olması 
17
downloaded from KitabYurdu.org


ilə müəyyən edilir. Burada birinci halda şəxsiyyətlərarası 
ünsiyyətdən; ikinci halda isə sosial ünsiyyətdən söhbət gedir. 
Onda istifadə edilən vasitələrdən asılı olaraq, ünsiyyət fəaliy-
yətini müxtəlif növlərə ayırmaq olar. Ünsiyyətin ən qədim növü 
maddi ünsiyyətdir. Ünsiyyətin ən inkişaf etmiş və xüsusi tərkib 
hissələrinə malik olan növü işarə ünsiyyətini göstərmək olar. 
Nitq ünsiyyəti işarə ünsiyyətinin xüsusi halıdır. Nitq fəaliy-
yəti insanın ünsiyyət üçün dildən istifadə etməsi prosesidir. Lakin 
ünsiyyət fəaliyyəti nitq olmadan da həyata keçirilə bilər, belə halda 
jestlərdən, duruşdan, baxışdan, baxışın istiqamətindən istifadə 
olunur. Bu cür mənalı ünsiyyət xüsusilə emosional vəziyyət, 
hisslər və əhvalların ötürülməsi ilə əlaqədar olan şərait üçün 
xarakterikdir. 
Tədqiqatlar göstərir ki, uşaqda oyun fəallığının həyata ke-
çirilməsi forması həyat fəaliyyəti formasıdır. Özlüyündə bu 
funksional həzzlə bağlıdır. Onun təhrikedicisi fəallığa tələbat, 
mənbəyi isə təqlid və təcrübədir. Uşaqların oyun fəaliyyətinin ən 
mühüm xüsusiyyəti ilk başlanğıcdan, böyüklərlə ünsiyyət və 
onların rəhbərliyi altında praktiki davranış forması əsasında inkişaf 
edir. 
Üçüncü yaşdan başlayaraq rollu oyunlar meydana çıxır. Yəni 
uşaq böyüklərdə müşahidə etdiyi funksiyaları təkrar edir: məsələn, 
iki yaşlı qız kuklasını yedizdirir və s. Həkim rolunu oynayan uşaq 
özünü "həkim" kimi aparır. 
Beləliklə, oyun icra olunan işlərin sahəsində dərk edilməni 
inkişaf etdirir, özünüdərketməni genişləndirir.
1
Uşağın orqanizminin böyüməsi, anatomik-fizioloji inkişaf, ali 
sinir fəaliyyətinin formalaşması və mürəkkəbləşməsi baş verir. 
Öyrətmə uşağın inkişafında əsas amil kimi çıxış edir. Onun 
həyatına yeni bir fəaliyyət növünün daxil olması vaxtı gəlib çatır. 
Bu elə fəaliyyətdir ki, onun məqsədi müəyyən məlumatları, 
hərəkətləri, davranış formalarını mənimsəməkdən ibarətdir. Bu cür 
spesifik fəaliyyət təlim adlanır. Təlim fəaliyyəti müəyyən bilik, 
bacarıq və vərdişlərə yiyələnmək 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin