MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


müstəqillik, qətiyyətlilik, təkidlilik



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə16/71
tarix01.12.2023
ölçüsü0,7 Mb.
#170988
1   ...   12   13   14   15   16   17   18   19   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

müstəqillik, qətiyyətlilik, təkidlilik, 
soyuqqanlılıq
 
haqqında məlumat verəcəyik. 
Müstəqillik - həm iradi hərəkətin motivində, həm də qərar 
qəbulunun xarakterində təzahür edir. Müstəqilliyin mahiyyəti 
ondan ibarətdir ki, insan öz davranışını təsadüfi təsirlərə, ət-
rafındakıların təzyiqinə deyil, müvafiq şəraitdə necə hərəkət etmək 
haqqında öz bilik, əqidə və təsəvvürlərinə əsaslanaraq müəyyən 
edir. 
Qətiyyət.
Bu iradi keyfiyyət öz vaxtında, lüzümsüz tərəddüdə 
yol vermədən kifayət qədər əsaslandırılmış qərar qəbul etmək və 
onu düşünülmüş bir şəkildə həyata keçirmək qabiliyyətində ifadə 
olunur. Bu mühüm iradi keyfiyyətin əksini 
qətiyyətsizlilik 
təşkil 
edir. Qətiyyətsizlik qərar qəbulu prosesində təzahür edə bilər. Belə 
ki, qətiyyətsiz adam tərəddüd edir, seçdiyi hərəkətin düzgünlüyünə 
inanmır, ona şübhə ilə baxır, motivlər mübarizəsi nəhayətsiz 
prosesə çevrilir. Qətiyyətlə yanaşı, nəzərdə tutulmuş qərarların 
müvəffəqiyyətlə həyata keçirilməsini təmin edən olduqca mühüm 
iradi keyfiyyətlərdən biri 
təkidlilikdir.
Təkidlilik insanın uzun 
müddət və zəifləməyən enerji gərginliyinə qabil olduğunu göstərir. 
Planlaşdırılmış məqsədə çatmaq yolunda meydana çıxan çətin- 
26 
downloaded from KitabYurdu.org


liklər onu qorxutmur, o dönmədən qarşısına qoyduğu məqsədə 
doğru hərəkət edir. Təkidlilik ilə tərslik arasında böyük fərq 
vardır. Tərslik real şəraiti düzgün qavrayıb qiymətləndirə 
bilməməkdə, dəyişmiş şəraitə çevik münasibət göstərə bilmə-
məkdə ifadə olunur. İnsan iradəsinin zəifliyi bunda özünü gö-
stərir. 
İradi fəaliyyətin yüksək səviyyəsi çox parlaq şəkildə insanın 
özünü ələ almaq (dözümlülük, soyuqqanlılıq) bacarığında 
təzahür edir. 
İnsan bacarığı sayəsində özünü ələ alaraq təhlükəlilik, qorxu, 
kimi maneələri aradan qaldırır və düşünülmüş, əsaslı surətdə 
qəbul etdiyi qərarı həyata keçirmək qabiliyyətini göstərir. Başqa 
sözlə desək, soyuqqanlılıq, arzuedilməz, həm də şüurlu 
təhrikedici qüvvələri özünə tabe etmək bacarığından ibarətdir. 
İradə insanın özü tərəfindən bəyənilməyən hisslərin: əsəbiliyin, 
qorxu, hiddət, qəzəb, ümidsizlik affektlərinin və s. təzahürünü 
cilovlamaq bacarığında ifadə olunur. 
Şəxsiyyətin iradi keyfiyyətlərinin inkişafı prosesinə müəy-
yən yaş dövründə yeni, həm də olduqca mühüm bir amil -
özünütərbiyə əlavə olunur. İnsan şüurlu olaraq özündə lazımi 
iradi keyfiyyətlər tərbiyə etməyə başlayır. Psixi fəaliyyətin heç 
bir sahəsində, məsələn, nə təxəyyül, nə təfəkkür sahəsində və 
başqa sahələrdə insan öz üzərində hakim olduğu iradi hərəkətlər 
sahəsində olduğu qədər aydın surətdə hiss edə bilmir. Ona görə 
də şəxsiyyətin təşəkkülündə onun inkişafının elə dövrü mühüm 
mərhələ təşkil edir ki, həmin dövrdə böyüyən insan nəinki öz 
hərəkət və davranışını tənqidi cəhətdən qiymətləndirməyi 
bacarır, həm də öz qarşısında özünütərbiyə və öz şəxsiyyətinin 
keyfiyyətini dəyişmək vəzifəsini qoyur. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin