olur. Şəxsiyyət
üçün həyati məna kəsb edən, onun həyatının
mənasına çevirilən motivlər əsas motivlər kimi meydana çıxır.
Şəxsiyyətin iradi keyfiyyətləri və onların
formalaşması
İradə insan fəaliyyətinin xüsusi formasıdır. O, insandan öz
davranışını tənzim etməyi, bir sıra başqa istək və meylləri lə-
ngitməyi tələb edir. İradə şüurlu olaraq qarşıya
qoyulmuş
məqsədlərə müvafiq müxtəlif əməliyyatların ardıcıl surətdə
təşkili və ya həyata keçirilməsini nəzərdə tutur. İradi fəaliyyət
zamanı insan öz-özünə hakimlik edir,
öz şəxsi qeyri-ixtiyari
impulslarını nəzarət altına alır və lazım olduqda onları boğur,
cilovlayır. İradənin təzahüru, yəni insan tərəfindən müxtəlif növ
iradi işlərin və iradi hərəkətlərin icrası şəxsiyyətin elə bir fəallıq
formasıdır ki, orada şüur mütləq iştirak edir. İradi fəaliyyət üçün
bir sıra elə aktların, hərəkətlərin olması zəruridir ki, orada
şəxsiyyət öz səylərini və icra olunan psixi proseslərinin
xüsusiyyətlərini geniş ölçüdə dərk edə bilsin. Buraya yaranmış
vəziyyətin
qiymətləndirilməsi, aparılacaq əməliyyat üçün
müvafiq yolun tapılması, məqsədə nail olmaq üçün lazımi va-
sitələrin seçilməsi, qərar qəbulu və s. aiddir.
Bəzi hallarda iradi fəaliyyət insanın həyat yolunu təyin edən,
onun ictimai, mənəvi simasını səciyyələndirən qərarların qəbul
edilməsi ilə əlaqədar olur. Ona görə
də insan şüurlu fəaliyyət
göstərən bir şəxsiyyət kimi bütünlükdə belə hərəkətin icrasına
cəlb olunur. Belə hallarda insan artıq təşəkkül etmiş əqidə və
görüşlərə, əxlaqi prinsiplərə istinad edir. İnsanın həyat yolu üçün
əhəmiyyətli olan məsul iradi hərəkətlərin icrası zamanı onun
bütün görüşləri, əqidələri, ayrı- ayrı
fikirlər, hisslər formasında
insanın şüurunda aktuallaşaraq (canlanaraq) situasiyanın
qiymətləndirilməsinə qəbul olunan qərarın xarakterinə və onun
icrası üçün tələb olunan vasitələrin seçilməsinə təsir edir.
25
downloaded from KitabYurdu.org
İradi fəaliyyətin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, iracdı
hərəkəti insan həmişə bir şəxsiyyət kimi icra edir. Məhz bununla
əlaqədar olaraq insan iradi hərəkətin icrası üçün tam məsuliyyət
daşıyacağını aydın dərk edir. İnsan əsasən iradi fəaliyyət sayəsində
özünü
bir şəxsiyyət kimi dərk edir, aydın surətdə başa düşür ki,
özünün həyat yolunu, taleyini tam surətdə özü müəyyən edir.
İradi fəaliyyət prosesində şəxsiyyətin müvafiq iradi keyfiy-
yətləri təzahür edir və formalaşır.
İnsanlarda iradi fəaliyyət müxtəlif formada cərəyan edir. Biri
təkidlilik göstərir, digərində
bu keyfiyyət müşahidə olunmur, biri
qərar qəbul edərkən özünü çox müstəqil aparır, digəri, əksinə, tez
təsir altına düşür, biri öz əzmi ilə hamını heyran edir, digəri
qətiyyətsizliyi ilə fərqlənir.Belə keyfiyyətlər çoxdur. Biz burada
onların ən mühümləri barədə -
Dostları ilə paylaş: