Şəxsiyyətin fəaliyyətinin hissi-emosional sahələri
Hər bir insan gündəlik həyatda gah sevinir, gah kədərlənir,
gah qəzəblənir, gah da şadlanır. Bütün bunlar nə ilə əla-
qədardır? Emosiya nədir? Hiss deyəndə nəyi başa düşürük? Bu
kimi suallara cavab verməyə çalışaq.
27
downloaded from KitabYurdu.org
İnsan təbiətin və cəmiyyətin inkişaf qanunları əsasında,
cəmiyyət üzvləri ilə qarşılıqlı münasibətdə, ünsiyyət şəraitində
fəaliyyət göstərir və inkişaf edir. Bu münasibət və ünsiyyət şə-
raitinin bəziləri insanın xoşuna gəlir, bəziləri gəlmir, bəzisinə isə
laqeyd olur. Bütün bunlar müxtəlif hisslərdə öz əksini tapır. Lakin
hisslərin mənbəyi olan insanlar, obyektiv aləm, cisim və hadisələr
həmişə eyni cür təsir edən hisslər yarada bilmirlər. Belə ki, adam
bir vaxt ehtirasla sevdiyi bir insana, cisim və hadisəyə zaman
keçdikcə dərin nifrət bəsləyə bilər. Bundan başqa eyni cisim və
hadisə müxtəlif adamlarda müxtəlif hisslər yarada bilər.
Deməli, hisslər insanın münasibətləri ilə bağlıdır. Bu cəhəti
nəzərə alsaq ona aşağıdakı kimi tərif verə bilərik:
Hiss və emosiya insanın dərk etdiyi cisim və hadisələrə, başqa
adamlara, həmçinin rəftar və davranışına, fikir və arzusuna
bəslədiyi münasibəti ifadə edən psixi prosesdir.
Hisslər obyektiv aləmə bəslənən subyektiv münasibətin
inikasıdır. Belə münasibəti ifadə edən hisslər iki əsas funksiya
yerinə yetirirlər. Birincisi, hisslər ətraf aləmdə baş verən
hadisələrin hansının insan həyatı üçün faydalı və ya təhlükəli
olduğunu bildirən siqnal funksiyasıdır. İkinci isə hisslər insanın
fəaliyyətində motiv kimi çıxış edir və onları müəyyən istiqamətə
yönəldə bilir.
Hissin obyekti ətrafdakı cisim və hadisələr, başqa adamlar
onun subyekti isə şəxsiyyətin özüdür. İnsanın şəxsi münasibətləri,
onun ətraf aləmə olan düşüncə və fikirləri, emosiya və hisslərdə
ifadə olunur. Əgər təkamül prosesinə nəzər salsaq görərik ki,
emosiyalar orqanizmin tələbatı ilə bağlı olmuşdur, insanın
davranışını daxilən tənzim edən bir prosesdir.
Hisslər də başqa psixi hadisələr kimi, beyin fəaliyyətinin
məhsuludur. Onun əmələ gəlməsində qabıqaltı sahələrdə baş verən
sinir prosesləri mühüm rol oynayır. Beyinin hipotolamus, talamus
və hippokamp sahələri ürəyin, tənəffüs və həzm orqanlarının,
həmçinin daxili ifrazat vəzilərinin fəaliyyətini tənzim edir. Həmin
üzvlərin fəaliyyətində olan hər hansı dəyişiklik müəyyən hissin baş
verməsinə səbəb olur. Bunu
28
downloaded from KitabYurdu.org
hisslərin xarici ifadəsi də aydın surətdə göstərir. Çünki hər hansı
hissi halətdən sonra insanda ürək döyüntüsü arta bilər, üzün
rəngi və tənəffüs dəyişə bilər. Əlbəttə emosiyalarla əlaqədar olan
bədən reaksiyalarının mərkəzləri qabıqaltı sahədə yerləşmişdir.
Lakin baş beyin qabığı qabıqaltı mərkəzlərə ləngidici təsir edir.
Bunun nəticəsində insan reaksiyaları nizama salınır. Ancaq baş
beyin qabığında əmələ gələn sinir proseslərinin (oyanma və
ləngimənin) bir-birini əvəz etməsi də müəyyən hisslərin əmələ
gəlməsinə səbəb olur: məsələn, böyük yarımkürələrin ləngimə
vəziyyətinə keçməsi qorxaqlıq, çəkinmək kimi hisslərin, donub
qalma, tutulma kimi halətlərin əmələ gəlməsinin əsasını təşkil
edir.
Dinamik stereotipin yaranması və ya pozulması hisslərin
əmələ gəlməsində mühüm rol oynayır. Əgər qıcıqlayıcı müəy-
yən ardıcıllıqla təsir edirsə, beynimizdə həmin ardıcıllıqla
müvəqqəti sinir rabitələri əmələ gəlib möhkəmlənir. Belə möh-
kəmlənmiş rabitələr insanın cisim və hadisələrə bəslədiyi
münasibətin əsasını təşkil edir. Həmin sistemdə olan hər hansı
dəyişiklik bizdə-sevinc, kədər, ümidsizlik, şənlik və s. hissləri
əmələ gətirir. Deməli, müəyyən dinamik sterotiplərin əmə-lə
gəlməsi və ya pozulması ilə əlaqədar olan sinir prosesləri
hisslərin fizioloji əsasını təşkil edir.
İkinci siqnal sistemi inşan hisslərinin yaranmasında və
tənzim edilməsində mühüm rol oynayır. Bununla da beyin qa-
bığı bədəndə baş verən bütün prosesləri öz nəzarəti altında
saxlayır. Söz qacıqlandırıcılarının vasitəsilə başqa şəxslərin
daxili aləminə təsir etmək, onlarda müxtəlif emosional vəziyyət,
hisslər yaratmaq mümkün olur.
Bədəndə olan müəyyən üzvi dəyişikliklər müxtəlif hisslərin
yaranmasına səbəb olur. Belə dəyişikliklərlə insanda hisslərin
xarici ifadəsini müəyyən etmək mümkündür. Bu vaxt müəyyən
hisslərin əmələ gəlməsi ilə əlaqədar insanda tənəffüs sürəti
dəyişir, qan damarları ya genişlənir (üz dartılır) ya da büzülür
(rəng ağarır), qan təzyiqi artıb-azala bilir. İnsanın mimikasında
(üzün ifadəli hərəkətlərinə), səsin intonasiya və tembrinə əsa-
sən, onun nə kimi hisslər keçirdiyini təyin etmək mümkündür.
29
downloaded from KitabYurdu.org
Böyük sənətkarlar da insanın daxili aləmini əks etdirərkən, hissləri
mühüm vasitə saymışlar: məsələn, L.N.Tolstoy hissi vəziyyətdən
asılı olaraq gözlərin ifadəsinin 85, gülüşün isə 97 təsvirini
vermişdir. Dodaq, göz və qaşların müxtəlif vəziyyətə düşməsinə
əsasən insanın nə kimi hisslər keçirdiyini asanlıqla müəyyən etmək
olar.
Hisslər insanın nitqində də ifadə olunur.
1
Hissi nitq vasitəsilə
ifadə etməyi bacarmaq lazımdır. Burada ifadələrin düzgün
seçilməsi, hissləri doğuran şəraitin obrazlı təsviri, sözlərin xüsusi
şəkildə tələffüzü, mimika və pantomimikanın nitqin məzmuna,
ahənginə uyğun gəlməsi də vacibdir. Buraya intonasiya, danışıq
sürəti, vurğunun yerində işlədilməsi və s. daxildir. Hisslərin nitqdə
ifadəsi üçün danışığın ifadəli hərəkətlərlə müşayiət edilməsi
zəruridir.
Deyilənləri ümumiləşdirsək belə bir nəticəyə gəlmək olar ki,
insan hisslərinin əsas mənbəyi ictimai həyatdır, insanlar arasında
olan qarşılıqlı münasibətdir, cəmiyyətdə olan birgəyaşayış
qaydalarının gözlənilməsidir. Bu mənada insan hissləri heyvani
hisslərdən tamamilə fərqlənir. İnsanın üzvi tələbatlarının
ödənilməsi ilə bağlı hisləri heyvanların emosiyalarından xeyli
fərqlənir.
Emosiya sadə hissi hal olub, əsasən üzvi tələbatların (yemək
su, təmiz hava və s.) ödənilməsi ilə əlaqədardır. Belə tələbatların
ödənilməsi ilə əlaqədar heyvanlarda da müəyyən emosiyalar baş
qaldırır. Məsələn, heyvan öz balasını itirdikdə qəmgin olur, ağlayır
və s. Əlbəttə, insanın sadə tələbatlarının ödənilməsi ilə bağlı
emosiyalar, heyvanlarda nəzərə çarpan emosiyalardan mahiyyət
e'tibarilə fərqlənir. İnsan heyvandan yalnız ağlı, iradəsi ilə deyil,
eyni zamanda hissi ilə də fərqlənir. insan şüurlu, ictimai varlıq
olduğuna görə, onun hissləri də ictimai münasibətlərlə bağlıdır.
İnsanın varlığı ictimai mahiyyət kəsb etməklə, həyat şəraiti, şüur
tərzi dəyişildikcə, onun hissləri də dəyişərək yeni əxlaqi məzmun
kəsb edir. Belə hisslər heyvanlarda ola bilməz.
Dostları ilə paylaş: |