Problemin təhlili zamanı ən əsas məsələ layihənin planlaşdırılmasıdır. Bu, mümkün olan müdaxilənin layihəsinə (planına) təsir göstərir.
Problemin təhlil qaydasına (metoduna) aşağıdakılar daxildir:
Təhlilin sturktur və vəzifələrinin dəqiq müəyyənləşdirilməsi;
Problemin təhlili;
Problemlər arasında səbəb-nəticə əlaqəsinin yaradılması;
Səbəb-nəticə əlaqələrinin diaqram vasitəsilə təsvir edilməsi.
Problemin bu cür təhlili zamanı mövcud vəziyyətin mənfi xüsusiyyətləri (sturkturları, formaları) arasında (səbəb-nəticə) əlaqələri yaranır. Təhlilin məqsədi maneələr prioritetinin nə dərəcədə yüksək olduğunu müəyyən etməkdir. Ekspertlər, qeyri- formal qruplar, habelə müəssisələr və maraq göstərən təşkilatlar bu təhlil üçün şərait yaradır. Təhlil diaqram və ya problem ağacı şəklində təqdim edilir. Burada üzə çıxarılmış bütün problemlər arasında münasibətlər və iyerarxiya əks etdirilir: qarşıda duran hər bir problem ona səbəb olan digər əvvəlki problemdən (problemlərdən) əvvəl gəlir, onlar isə bu problem vasitəsilə davam etdirilir.
Dostları ilə paylaş: |