Insanlar hər hansı bir məqsədə çatmaq üçün vəsait axtarır, tapandan sonra müəyyən vaxt ərzində bəzi risklərə getməklə, məqsədə çatmaq istiqamətində keyfiyyətli işlər həyata keçirir: materiallar alınır,
işçi qüvvələri səfərbər edilir, vəzifələr və məsuliyyətlər bölüşdürülür, danışıqlar aparılır, müqavilələr imzalanır və işləriın icrasına nəzarət edilir. Bütün bu işlərin çoxluğu hər hansı bir layihənin həyata keçirilməsinin əsasını təşkil edir.
Məqsəd, əlaqəli işlər kompleksi, başlanğıc və son müddətlər və nadirlik kimi faktorlar müxtəlif xarakterli fəaliyyət növlərini bir- birinə bağlayır və layihələri həyatın digər fəaliyyət növlərindən fərqləndirir.
Bu gün dövlət cəmiyyət həyatının bütün sahələrində - sənayedə, kənd təsərrüfatında,biznes və qeyri-hökumət təşkilatlarınada, eyni zamanda müxtəlif tədbirlərin hazırlanmasında (idman, mədəniyyət və s.) layihə menecmentindən geniş istifadə olunur.
Dostları ilə paylaş: |