Ümumiyyətlə, layihələrin aşağıdakı ələmətləri vardır: dəyişkənlik əlaməti; vaxt məhdudiyyəti əlaməti; büdcə əlaməti; ehtiyatlar əlaməti; təkrarolunmazlıq əlaməti; yenilik əlaməti; bütövlük, tamlıq əlaməti; hüquqi təminat ələmətləri; təşkilat əlamətləri;. məhdudiyyət əlamətləri. Bu əlamətlərin hər birinə ayrılıqda nəzər salaq.
Dəyişkənlik əlaməti. Bu əlamət əsas xassələrdən biri kimi qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə “yaşayır”. Layihənin start dövründə, onun bütün elementləri passiv vəziyyətdə olurlar. Vaxt keçdikcə layihədəki işlər yerinə yctirilir. Bu zaman işlər passiv vəziyyətdən aktiv vəziyyətə keçir. İşlər yerinə tam yetirildikdən sonra onlar passivləşdirilir. Beləliklə, hər bir iş (element) ayrılıqda öz məqsədinə çatdıqca layihənin ümumi vəziyyəti dəyişir. Bu səbəbdən layihə dəyişir və layihədə dəyişkənlik əlaməti görünür.