Vaxt məhdudiyyəti əlaməti. Layihələrdə müəyyən vaxt çərçicvəsində məqsədə nail olmaq mümkündür. Layihələri digər tədbirlərdən və obyektlərdən fərqləndirən əsas parametrlərdən biri vaxt məhdudiyyətidir. Hər bir işin başlanğıcı və sonu olduğu kimi layihələrin də başlanma (start) va son (finish) vaxtları var. Bu vaxt göstəriciləri adətən məhdud olurlar. Bu səbəbdən layihənin uğurla başa çatmasında əsas şərtlərdən biri onun verilmiş vaxt çərçivəsində yerinə yetirilməsidir.
Büdcə əlaməti.Hər bir layihə üçün büdcə müəyyənləşdirilir. Bu büdcəyə müəyyən metodlar vasitəsilə nəzarət edilir. Bəzi layihələr büdcə əsasında və çərçivəsində yaradılır. Buna görə də büdcə əlamətinə görə iki növ layihə mövcuddur;
Layihənin məqsədi formalaşandan sonra onun büdcəsi müəyyənləşdirilir;
Büdcə məlum olduqdan sonra ayrılmış vəsaitə uyğun layihəlaər həyata keçirilir.
Нər iki halda layihənin bütün elementlərinin yerinə yetirilməsində büdcə əlaməti görünür və xüsusi yer tutur.