Tamamlanma fazası. Layihənin bu dövründə son məqsəd, nəticə əldə edilir, münaqişələr həll olunur və layihə bağlanır. Bu faza aşağıdakı işlərdən ibarət olur:
layihənin tamamlanma prosesinin planlaşdırılması; layihənin son məhsulunun sınaqdan keçirilməsi; yeni yaradılmış obyekt üçün kadr hazırlığı; obyektin sifarişçiyə təhvil verilməsi, istismara
buraxılması və bu işlər ilə bağlı sənədlərin hazırlanması;
layihənin yekunlaşdırılması və nəticənin qiymətləndirilməsi;
yekun sənədlərin hazırlanması
layihədəki işlərin yekunlaşdırılması və bağlanması; münaqişə məsələlərinin həll edilməsi;
qalmış ehtiyatların realizə edilməsi;
layihə və onun yerinə yetirilməsi haqqında biliklər bazasının yaradılması;