Monitorinq (AŞ) “rəhbərliyi və əsas maraqlı tərəfləri məqsədlərə nə dərəcədə nail olunması və ayrılmış vəsaitin istifadəsi ilə bağlı davamlı inkişaf edən fəaliyyət və göstəricilər üzrə məlumatın sistemli şəkildə toplanması ilə təmin edən davamlı funksiyadır” (İƏİT/İYK).
Monitorinq - Fəaliyyətlərin davamlı müşahidəsi, hərtərəfli təhlili və korreksiyasıdır, yəni gedişatın qiymətləndirilməsi və yayınmaların müəyyənləşdirilməsi üçün icra prosesi müddətində fəaliyyətlərin gündəlik izlənməsi deməkdir.
Qiymətləndirməcari və bitmiş proqram/layihələrin müəyyən zaman çərçivəsində aktuallığını, səmərəliliyini və nəticəliliyini sistematik və obyektiv şəkildə qiymətləndirməyə təşəbbüs göstərən fəaliyyətdir.
Audit resursların iqtisadi və səmərəli istifadəsini təmin etmək üçün idarəetmə üsullarının adekvatlığının qiymətləndirilməsidir.
Yoxlama normativlərə, yaxşı təcrübəyə və ya digər meyarlara nə dərəcədə əməl olunduğunu müəyyən etməkdə, eləcə də yaxşılaşma və ya islahedici tədbirlər üçün tövsiyələr verməkdə təşkilati struktura, məsələ və ya təcrübəyə ümumi baxış qismində çıxış edir.