Mühazirə materialları Bakı 2019 Mövzu 1


Layihənin məqsədi. SMART göstəricilər



Yüklə 0,73 Mb.
səhifə36/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   98
LM muhazire materiallari

Layihənin məqsədi. SMART göstəricilər;


Layihəyə aid olan anlayışlar bazasında “məqsəd” ən mühüm yerlərdən birini tutur. “Məqsəd” və “tapşırıq” bir-birinə yaxın anlayışlardır. Lakin “Məqsəd” və “tapşırıq” anlayışlarının fərqi ondan ibarətdir ki, tapşırığın yerinə yetirilmə vaxtı müəyyən olmur və tapşırıq müxtəlif parametrlərlə xarakterizə olunur. Ümumiyyətlə, tapşırıqlar yerinə yetirilərək hər hansı bir məqsədə nail olunur və yaxud istənilən məqsədə nail olmaq üçün bir və ya bir neçə tapşırıqları yerinə yetirmək lazım gəlir. “Məqsəd” anlayışında onun hansı parametrlərlə xarakterizə olunması məlum olmur, parametrlər yalnız tapşırıqların “aktiv” vəziyyətində məlum olurlar. Beləliklə, layihənin məqsədi – müəyyən vaxt çərçivəsində əldə edilmiş nəticə, tapşırığı – verilmiş vaxt çərçivəsində parametrlərlə xarakterizə olunan nəticə deməkdir. Layihəni yerinə yetirmək üçün verilmiş şərtlərə sübut oluna biləsi

nəticəyə layihənin məqsədi deyilir.Layihə konsepsiyasının yaradılmasında əsas mərhələlərdən biri layihənin məqsədinin müəyyənləşdirilməsidir.Hər bir layihənin strukturunu və iştirakçılarını xarakterizə edən, bir-birilə sıx əlaqədə olan çoxlu məqsədlər mövcuddur. Hər hansı bir məqsədə nail olmaq üçün meyarlar seçmək vacibdir. Bu meyarlar əsasında məqsədə çatmaq üçün alternativ variantlar qurulur. Beləliklə, layihələrin məqsədləri aşağıdakı şəkildə formalaşır.



layihənin məqsədi aydın olmalıdır;

məqsədə nail olmaq üçün əldə olunan nəticələrin qiymətləndirilməsi mümkün olmalıdır; məhdudiyyətlərin və şərtlərin yerinə yetirilməsi mümkün olmalıdır.

Ümumiyyətlə, layihədə vaxt, büdcə, ehtiyatlar və digər

məhdudiyyətlər çərçivəsində yüksək keyfiyyətli məhsulun istehsal olunması və məqsədə çatılması tələb olunur.

Layihənin məqsədi dəyişilə bilər. Ətraf mühitin layihəyə təsiri, onun yerinə yetirilməsi prosesində parametrlərin gözlənilməyən dəyişikliklərə məruz qalması və digər həyəcanlandırıcı təsirlər layihənin məqsədinin dəyişdirilməsinə səbəb ola bilər. Bu səbbədən layihənin məqsədi arasıkısilməz dinamik proses xarakteri daşıyır. Bu prosesdə mövcud vəziyyət, tendensiya təhlil edilir və lazım gəldikdə təshih həyata keçirilir.

Layihə məqsədinin müəyyənləşdirilməsi prosesi yaradıcı bir prosesdir və aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

məqsədin istiqaməti müəyyənləşdirilir; mümkün olan məqsədlər çoxluğu yaradılır; layihənin məqsədi müəyyənləşdirilir.

Məqsədin istiqamətini müəyyənləşdirmək üçün müxtəlif amillərin araşdırılması tələb olunur:



layihə qarşısında qoyulan tələb; layihə üçün sifariş;

layihə əsasında fəaliyyət göstərən müəssisənin məqsədi; layihənin ətraf faktorları.

Məqsədin istiqaməti ibtidai təhlil kimi qiymətləndirilir, məqsəd müəyyənləşdirilir və aktivləşir.

Məqsəd fərdi və ya qrup şəklində müəyyənləşdirilir. Bu proses yaradıcı xarakter daşıdığı üçün özünəməxsus qanunlara və ümumi yanaşma prinsiplərinə malikdir. Fərdi yanaşmada məntiqi metodlardan istifadə edilir. Qrup əsasında məqsədin müəyyənləşdirilməsində geniş spektrdə məsələyə baxılaraq intuitiv metodlardan istifadə olunur.

Layihənin məqsədi aydın və dürüst yazılmaqla aşağıdakı şərtləri özündə əks etdirməlidir:

layihənin nəticəsi;

layihənin yekunlaşdırılması vaxtı;



məsrəflər;

məqsədin dəyişilməsi mümkünlüyü; məqsədin ierarxiya strukturu.




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin