işlərin, vaxtın, ehtiyatların, büdcənin operativ planlaşdırılması metodları
layihənin monitorinqi: uçot, nəzarət, işlərin gedişatının təhlili və dinamikası
layihənin inkişafının proqnozlaşdırılma və
tənzimləmə qrafikləri xərclərə nəzarət metodları ehtiyatların idarə edilməsi metodları
dəyişikliklərin idarə edilməsi metodları
layihənin realizəetmə mərhələsində onun təhlil edilməsi metodları
Layihənin tamamlanma dövründə istifadə olunan metodlar
layihənin səmərəliliyinin təhlili metodları layihədəki işlərin icra qrafiki
layihədə nəzərdə tutulmuş və yerinə yetirilmiş işlər üzrə təhlillər.
Məntiqi Çərçivə Yanaşması.(MÇY)
Məntiqi çərçivə layihələrin kompleks şəkildə cədvəl formasında aydın və anlaşıqlı mənimsənilməsinə şərait yaradan layihənin tərtibi və təkmilləşdirilməsi metodudur. Bu layihəuğuru üçün faydalı bir vasitədir.
Hədəf qrupunun real ehtiyaclarının ödənilməsinə yönəlmiş və düzgün planlaşdırılmış layihə mövcud vəziyyətin düzgün və hərtərəfli təhlili əsasında hazırlanmalıdır. Bu vəziyyət maraqlı tərəflərin mənafeyinə və hərəkətlərinə əsasən nəzərdən keçirilməlidir. Çox zaman müxtəlif tərəflər eyni reallıq haqqında müxtəlif fikirlərə malik olur. Görüş zamanı nə qədər çox maraqlı tərəf iştirak edə bilsə, təhlilin qiymətləndirilməsi bir o qədər yaxşı nəticə verər. Eyni zamanda, problemi kiçik qrupda o şərtlə təhlil etmək olar ki, bu qrup maraqlı tərəflərin bütün problemlərini və fikir müxtəlifliyinin səbəblərini aradan götürməyə cəhd edir. Layihənin hədəf qrupunun real ehtiyaclarını ödəməyə yönəldiyini təmin etmək üçün hədəf qrupunun rastlaşdığı problemləri təhlil etmək lazımdır. Bu zaman digər tərəflərin cəlb olunması da məqsədəuyğundur. Layihə üzrəində işləyən zaman bütün icmanı, o cümlədən əvvəllər nəzərə alınmayan təbəqələri: qadınları, əlilləri, kasıbları da cəlb etmək lazımdır. Belə ki, icma məsələlərinə dair qərar qəbul olunan zaman bu insanların fikirləri nəzərə alınmırdı. Azlıqları da unutmaq lazım deyil. Layihənin hədəf qrupu kimi seçdiyi insanlar hiss etməlidirlər ki, bu layihə onlar üçündür və, ona görə də, onlar layihənin icrası üçün öz töhvələrini verə bilərlər.
Dostları ilə paylaş: |