Mühazirə materialları Bakı 2019 Mövzu 1



Yüklə 0,73 Mb.
səhifə57/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   98
LM muhazire materiallari

İşin iyerarxik strukturu

İcraedici struktur modellər funksiyaların yerinə yetirilməsi prinsipinə əsasən qurulmuşdur və adətə layihənin ilk mərhələlərində müəyyənləşdirilir və layihənin ümumi görünüşünü təsvir edir. Layihənin strukturunun qurulmasında bir neçə prinsiplər mövcuddur:

Struktur model layihəni yerinə yetirmək üçün nəzərdə tutulan işlər çoxluğudur. Bu çoxluq daha da çox layihənin dekompozisiya ierarxiyasının aşağı səviyyəsini əhatə edir. Qərb ölkələrində bu modellər – Work Break-down Structure (WBS) adlanır.

Layihənin miqyasından, mürəkkəbliyindən asılı olaraq onun strukturunun ierarxiya səviyyəsinin sayı müxtəlif olur. Adətən, ierarxiya 6 səviyyədən 8 səviyyəyə qədər olur. Lakin bir neçə ümumi qaydalara əsasən layihənin dekompozisiya olunmuş struktur modelinin (WBS) yuxarı səviyyəsi onun funksiyalarını, aşağı səviyyəsi isə sadəcə olaraq işləri təsvir edir.

Layihənin ümumi struktur modeli aşağıdakı kimi təsvir edilir:


        • Ümumi proqram – layihənin digər layihələr içərisində rolunu və yerini müəyyənləşdirir.

        • “Layihə - Ümumi tapşırıq – Tapşırıqlar” səviyyəsi layihənin funksional hissəsini xarakterizə edir.

        • “İşlər kompleksi – İş” səviyyəsi isə işlərin yerinə yetirilməsinə aiddir və bu səviyyədən layihə rəhbəri işlərin yerinə yetirilməsi haqqında məlumat alır.

Layihələrin idarə edilməsində strukturlaşma prinsipi əsas yer tutur, məsələn:

Layihənin uğurla yerinə yetirilməsi üçün əsas şərtlərdən biri onun düzgün strukturlaşdırılmasıdır. Struktur modellər layihənin tam həyat dövründə müxtəlif məsələlərin həllində istifadə edilir. Layihənin idarə edilməsi prosesində adətən aşağıdakı hallarda bu modellərdən istifadə edilir:

layihənin məqsədinin təhlili;

layihənin yerinə yetirilməsində alternativ qərarların seçilməsi, təhlili, qiymətləndirilməsi və qurulması;



layihənin modellər əsasında əvvəlcədən planlaşdırılması; işlərin qiymətini, vaxtını və ehtiyatlarını müəyyənləşdirmək;

layihənin ümumi təhlili; layihənin biznes planı;

layihənin təşkiletmə mexanizmi; layihə sənədlərinin sistemləşdirilməsi; layihənin təqvim planı;

layihədə nəzərdə tutulan maşın və mexanizmlərin hərəkət qrafiki;

kontraktların bağlanması və idarə edilməsi; riskin təhlili və nəzərə alınması;

işin operativ planlaşdırılması; layihənin monitorinqi;

layihə işlərinin tənzimlənməsi; layihə təminatlarının idarə edilməsi;

icra modelləri və qrafiklərinin tərtibatı, nəticələrin təhlili və mövcud təcrübələrdən istifadə edilməsi.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin