Risk layihənin məqsədlərinin əldə olunmasına müəyyən zərər vura bilən, gözlənilməyən hadisələrin yaranmasına səbəb olan, layihəyə və onun elementlərinə təsir göstərən bir parametrdir.
Risk üç faktorla səciyyələnir:
Risklərin idarə edilməsi layihənin həyata keçirilməsi zamanı risk dərəcəsinin minimuma endirilməsi və layihə iştirakçıları arasında dəyə biləcək mümkün ziyanın paylanması, başqa sözlə desək, həmin riskli hadisələrin təhlili, dəyərləndirilməsi və aradan götürülməsi ilə bağlı tətbiq olunan formal metodların məcmusudur.
Bütün layihələr və layihələrin əksər aspektləri bu və ya digər şəkildə riskə məruz qalırlar:
Maliyyə riskinə
Texniki riskə
Təşkilati riskə
Sosial-siyasi riskə və s.
Risklərin idarə edilməsi layihə üzrə riskin meydana gəlmə ehtimalının yüksək olduğu bütün hallarda tətbiq edilir: PMİ USA tərəfindən təqdim edilmiş aşağıdakı sxemə nəzər salaq:
|