İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə



Yüklə 41,81 Kb.
səhifə1/4
tarix28.12.2023
ölçüsü41,81 Kb.
#200822
  1   2   3   4
1-İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət v

İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli, 122 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. "İşçilərin tibbi müayinədən hökmən keçməsini tələb edən peşələrin, istehsalatların və müəssisələrin siyahısının və belə müayinələrin keçirilməsi qaydasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 may tarixli, 107 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar müvafiq qanuna əsasən 1999-cu il iyul ayının 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikası Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 3 yanvar 2000-ci il


№ 1






Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 3 yanvar tarixli, 1 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr




Yüklə 41,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin