Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı



Yüklə 462,34 Kb.
səhifə37/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

2.Şagirdlər siyahı üzərində işləyərkən müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir.»Bilirik»,»İstəyirik bilək»,»Öyrəndik».
3.
Cütlərdən yazdığı məlumatı təqdim etmək xahiş olunur və sol sütunda bütün qrupun razılaşdığı məlumat qeyd edilir.
4.Həmin metodlardan istifadə edərək şagirdlər suallar siyahısı müəyyənləşdirir və II sütunda qeyd edilir.Bu suallar şagirdlərin mövzu ilə bağlı nə bilmək istədiklərini göstərir.
5.Şagirdlər mətni fərdi şəkildə və ya cütü ilə birgə oxuyurlar və ya müəllim mətni oxuyur.İkinci sütundakı sualların cavabları mətndə verilibsə,onlar III sütunda qeyd edilir.
6.Şagirdlər verdikləri sualları təhlil edərək mövzu ilə bağlı artıq bildiklərini əldə etdikləri yeni bilklərlə müqayisə edirlər.
c)Auksion metodunun tətbiqində əsas məqsəd şagirdlərdə cism və hadisələrin xüsusiyyətlərini öyrənmək,bilik və anlamı aktuallaşdırmaq, təhlil,qiymətləndirmə prosesini inkişaf etdirmək,dinləmə mədəniyyəti formalaşdırmaq,keçmiş bilikləri müəyyənləşdirmək və yeni biliklərlə əlaqələndimək kimi bacarıqların formalaşdırılmasıdır.Bu metodda müəllim öyrənilən cisim və ya hadisəni müəyyən edir,şagirdləri auksionun keçilmə qaydaları haqqında təlimatlandırır.Öyrənilən cisim və ya hadisənin xüsusiyyətlərini ardıcıl şəkildə aydınlaşdırır.Hamı növbə ilə cisim və ya hadisə haqqında fikir söyləyir.Hər bir fikirdən sonra müəllim sayır:»Bir,iki....» Bu zaman başqa iştirakçı tez təklif verir və sonuncu təklif qalib sayılır.Burada fikirlər bir-birini təkrarlamamlıdır.Məsələn müəllim şagirdlərə lampanın xüsusiyyətlərini adlandırmağı təklif edir.Şagirdlər:
- İşıq saçır!
-Şüşə və metaldan düzəldilib!
-Şəffafdır
Müəllim sayır:Şəffafdır bir,şəffafdır iki və s.
Şagird: -Sınır!
Sonuncu fikri söyləyən şagird qalib hesab olunur.Fikirlər ümumiləşdirilir,şagirdlərin demədiyi əlamətləri müəllim söyləyir və mövzuya yekun vurur.
Müzakirə metodlarına müzakirə,disskusiya,debat,Sokrat dialoqu və s.aiddir.

a)Müzakirə mövzuya dair ideyaların,məlumatların,tənqid və təkliflərin qarşılıqlı mübadiləsidir.Onun əsas vəzifəsi şagirdlərdə problem ətrafında müzakirə aparmaqla onun həlli yolunu tapmaq,qərar qəbul etmək bacarığının formalaşdırılmasıdır.

b)Disskusiya metodunun tətbiqində əsas məqsəd müzakirə olunan məsələyə dair öz fikirlərini başqalarına çatdırmaq,onların təsdiq edilməsinə nail olmaq,faktları təhlil edib,problemin həlli yollarını aşkara çıxarmaqdır.

Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin