Mövzu 23. Qiymətləndirmənin növləri Məzmun standartlarının mənimsənilməsi istiqamətində əasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur
İlkin səviyyənin qiymətləndirilməsi(diaqnostik qiymətləndirmə)
Diaqnostik qiymətləndirmə şagirdin artıq nələri bildiyini müəyyən edir,və təlimin düzgün qurulmasında müəllimə köməklik göstərir.Təlim prosesində düzgün istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir.Həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır.İlkin səviyyə qiymətləndirilməsinin sualları bir-birilə elə əlaqələndirilib tənzimlənməlidir ki,onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu ,digərləri isə yeni materialı mənimsədiyi güman olunan şagirdləri müəyyən etsin.
Formativ qiymətləndirmə vastəsilə tədrisin düzgün istiqamətləndirilməsi həyata keçirilir,alternativ üsl və mənbələrdən istifadə və ya şagirdin daha irəliyə addım atması üçün ona əlavə impulsun verilməsi barədə ehtiyaclar müəyyənləşdirilir.Müəllim yalnız belə monitorinq vastəsilə tədris prosesini tənzimləyir,uğur qazana bilməyən şagirdlərin ehtiyyaclarını öyrənərək onlara köməklik edir.
Summativ qiymətləndirmə standart və ya standartlar qrupunda müəyyən olunmuş,məqsədlərə şagirdlərin hansı səviyyədə nail olduqlarını müəyyən edir.Summativ qiymətləndirmə şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndiri.Bu qiymətləndirmə növü mövzunun bəhs və bölmənin və yaxud tədris ilinin sonunda keçirilir.Summativ qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaqdır.
Sual 98 əlavə-fənnlər üzrə məzmun standartlarının müəyyən olunmasında əsas məqsəd həmin standartların hər bir şagird tərəfindən mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir.Qəbul edilmiş standartlara uyğun bilik və bacarıqlara nmail olmaq üçün hər bir şagirdin fəaliyyəti fasiləsiz stimullaşdırılmalı,onların daha yüksək səviyyəli stanadartları mənimsəməsi üçün zəruri şərait yaradılmalıdır.Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı,dinamik və bir çox hallarda rəsmi olmayan prosesdir.Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi şagirdlərin sinif işləri və ev tapşırıqlarını yerinə yetirmələri yazılı və şifahi cavabları əhəmiyyətlilik baxımından eyni dərəcədə vacibdir.Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti bu fəaliyyətin şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi habelə kuriklumda planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir.Qiymətləndirmənin rolu aşağıdakı kimi müəyyənləşdirilir.
Təlimin istənilən məqamında şagirdlərin nəaliyyətlərinin müəyyənləşdirilməsi
Şagirdlərin təlim nəticələrinin yekun qiymətinin çıxarılması
Şagirdlərin daha səylə çalışmağa stimullaşdırma
İrəliləyiş dərəcəsi barədə məlumatın əldə edilməsi