Toplanmış məlumatların keyfiyyətcə etibarlılığının təmin olunması
Qiymətləndirmədə şəffaflıq ədalətlilik qarşılıqlı razılaşma və əməkdaşlıq
Təlim fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin olunması
Qiymətləndirmə standartları Hər bir fənn kurikulumunda məzmun standartları və onların mənimsənilməsi üçün istifadə olunan strategiyalarla yanaşı nail olunmuş təlim nəticələrinin əldə edilmiş bilik və bacarıqlarının qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə standartları da var.Qiymətləndirmə standartları məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla baş vermiş dəyişikliklərin dərəcəsini müəyyən edir.Qiymətləndirmə standartlarının təyin edilməsində imtahana əsaslanan metod vasitəsilə müvafiq siniflər üzrə milli səviyədə yekun qiymətləndirmə keçirilir,nəticələr təhlil olunur standartlar təyin edilir.Qiymətləndirmə standartları xüsusi növ qiymətləndirmə şkalasıdır və 2 əsas məsələni əhatə edir.\
Mən nəyi qiymətləndirməliyəm(obyekt,məzmun,aspekt,xüsusiyyətlər.)
Aşağı,orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar?
Qiymətləndirmə standartları qiymətləndirmənin daha obyektiv,ədalətli,etibarlı və ardıcıl həyata keçirilməsinə imkan verir.Tədrisin səmərəliliyi ilə bağlı müəllimləri faydalı məlumatlarla təmin edir və tələb edir ki hər bir müəllim müvafiq şərtlər üzrə öz meyarlarını müəyyənləşdirsin.Qiymətləndirmə standartları 2 növə ayrılır:
Holistik-şagirdin işi ilə bağlı ümumi təsürrat yaradır.Bu növ standartlar sürətli qiymətləndirmə aparmaqla şagird nailiyyətləri haqqında ümumi mənzərə yaradır.
Analitik-şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir.Bu zaman şagirdlərin fəailiyyəti ardıcıl qiymətləndirməklə onların nailiyyətləri haqqında daha ətraflı informasiya verilir.Lakin bunun üçün daha çox vaxt tələb olunur.