Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı


Həyat bilgisinin tədrisində dini dünya görüşünün formalaşdırılması



Yüklə 462,34 Kb.
səhifə44/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

Həyat bilgisinin tədrisində dini dünya görüşünün formalaşdırılması
Dünya görüşü insanın ictimai şüurun cəmiyyətin fəaliyyət istiqamətini və real aləmə münasibətini müəyyən edən baxışlar sistemidir.İctimai şüurun bütün formaları (elm,fəlsəfə,əxlaq,din,incəsənət və s.)bu sistemdə öz əksini tapır.İslam dini elmin bir çox sahələrini fəlsəfəni, siyasəti,etikanı,hüququ,məntiqi,pedaqogikanı özündə birləşdirir.İslamın özülü olan Qurani Kərim vasitəsi ilə Məhəmməd peyğəmbər humanist ,bəşəri ideyaları təbliğ edir,insanlarda ən nəcib sifətləri formalaşdırmağa çalışır,onları xeyirxahlığa,yaxşılığa,səmimiyyətə,dostluğa,ədalətə tədbirliliyə və s. səsləyir.Yüksək səviyyəli elmin texnikanın inkişaf etdiyi indiki dövrdə mövhümatçı insanlar var.Ona görə məktəblərdə belə təsəvvürlərin açıqlanmasına,şagirdlərdə düzgün dini dünya görüşünün formalaşdırılmasına ehtiyyac var.Dinə və din xadimlərinin nüfuzuna xələl gətirənləridaim ifşa etməklə şagirdləri başa salmaq,gerçəkliyi olduğu kimi izah etmək bugün müəllimlərin əsas vəzifəsidir.Müəllim yeri gəldikcə dini bayramların mövlud günləri və s. mahiyyətini yaranma səbəblərini həyata keçirilməsinin əhəmiyyətini şagirdlərə izah edir.İslam dini ilə yanaşı digər dinlərə aid real məlumatları onlara çatdırır.

Tədrsin tərbiyəedici vəzifələri
Tərbiyə-insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş,şəxsiyyətin formalaşması prosesi olmuşdur. Tərbiyə- tərbiyyəçi ilə uşaq arasında yaradıcı əməkdaşlıq şəraitində həyata keçirilən elə 2 tərəfli qarşılıqlı fəaliyyət prosesidir ki,burada bir tərəfdən uşaq tarix boyu qazanılmış təcrübə və biliklə silahlanır,inkişaf edir,həyat yolunu müəyyənləşdirir,zehni,əxlaqi,tibbi,iqtisadi,siyasi,hüquqi,ekaloji,etik-estetik tərbiyəyə yiyələnir,digər tərəfdən tərbiyəçi özü kamilləşir inkişaf edir.Tərbiyə prosesinin əsas komponentləri onun üsullarıdır.Tərbiyə üsulları şəxsiyyəti formalaşdırmaq üçün istiadə olunan metodlardır.Pedaqoq alimlərin əksəriyyətinin qəbul etdiyi tərbiyə metodları aşağıdakılardır.

  1. Əsasən şüurun və əqidənin formalaşdırılmasına xidmət edən(inandırma)

  2. Fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşdırılmasına yönələn(alışdırma)

  3. Fəaliyyət və davranışı stimullaşdıran(rəğbətləndirmə və cəzalandırma)

  4. Tərbiyədə nəzarət özünənəzarət,özünəqiymət

  5. Tərbiyədə nümunə

Təlim və tərbiyə hər bir dərsdə hər bir mövzunun tədrsində ayrılmaz vəhdət təşkil etməlidir.Dərsin didaktik vəzifəsi kimi tərbiyəvi məqsədi də onun həyata keçirilməsi metodları da müəllim üçün aydın olmalı,qabaqcadan seçilməli və müəyyənləşdirilməlidir.O,fənnin mövzunun xüsusiyyətlərinə uyğun olaraq tədris prosesində hansı əxlaqi ideyaları keyfiyyətləri aşılayacağına hazırlaşmalıdır.Məsələn:bitkilər haqqında məlumat verməklə müəllim şagirdlərə ekoloji,estetik,əxlaqi,təbiəti mühafizə tərbiyəsi aşılayır.O,şagirdlərə bitkilərin əhəmiyyətini dərman,qida,geyim tikinti və digər məişət əşyalarının alındığını qeyd edir.Bitkilərin qorunmasına və artırılmasının əhəmiyyətini göstərən müəllim şagirdlərə ekoloji məsələləri çatdırır və bitkilərə qayğıkeş münasibəti formalaşdırır.Mövzunun tərbiyəvi məqsədinə uyğun olaraq,müəllim dərslikdəki materialın həyatla əlaqəli faktların məsələləri əlavə etməlidir.Hər bir dərs şagirdin əqidəsinə şüuruna,əxlaqına lazımınca təsir göstərməlidir.Bu təsir onların yaradıcı fəal cəmiyyət qurucusu yetkin şəxsiyyət kimi formalaşmasına kömək etməlidir.


Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin