Mühazirə materialları İxtisas: Ailə və ev təhsili. Müəllim: Səmədova Günel Soltanağa qızı



Yüklə 462,34 Kb.
səhifə38/47
tarix04.10.2023
ölçüsü462,34 Kb.
#152325
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   47
həyat bilgisi icmallar 90 saat AE Səmədova Günel

3.Təlim xarakterli rollu oyunlara aşağıdakılar aiddir:rollu oyun, səhnələşdirmə,didaktik və əyləncəli oyunlar.
a) Rollu oyun (rollu dialoq)
hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmadır.İştirakçılar müxtəlif rolları öz üzərlərinə götürürlər, onu müxtəlif mövqelərdən qiymətləndirirlər. Bu metod şagirdlərə özləri və ətrafdakılar haqqında incəsənət yolu ilə məlumat əldə etməyə problemə digər adamın gözü ilə baxmağa,vərdiş edilmiş stereotiplərdən uzaqlaşmağa və yeni davranış modellərinə yiyələnməyə imkan verir.Onlarda rola girmək və ifadə etmə bacarıqlarını formalaşdırır,tənqidi və yaradıcı təfəkkürü formalaşdırır, əməkdaşlığı,tolerantlığı inkişaf etdirir,qarşılıqlı ünsiyyəti yaxşılaşdırır.Rollu oyunda mövzu sərbəst seçilir,ssenari hazırlanır,sonra şagirdlər rolları ifa edirlər.
4.Prezentasiya metodlarına:təqdimat,esse aiddir.
a)Təqdimat (prezentasiya) metodunun tətbiqində şagirdlər tədqiqat fəaliyyətinin nəticələrini təqdim edirlər.Təqdimat şifahi,yazılı,vizual,rollu və s.formalarda ola bilər.Burada əsas məqsəd şagirdlərə problemin həlli yollarını axtarıb tapmaq,öz fikirlərini dəqiq olaraq dinləyicilərə çatdırmaq bacarıqlarını formalaşdırmaqdır.
b)Esse – hər hansı problem haqqında şagirdlərin müstəqil düşüncələrini əks etdirən yazı işidir,»etüddür».Essenin həcmi bir səhifədən çox olmamalı, xüsusi plan əsasında işlənməlidir.Burada şagird problem üzrə fikirlərini izah etməli,arqumentlər,faktlar və mənbələrdəki məlumatlarla fikrini əsaslandırmalı,ümumi nəticə çıxarmalıdır.
5.Tədqiqatın aparılması metodları:Problemin həlli,Venn diaqramı,layihələrin hazırlanması,qərarlar ağacı.
Venn diaqramı metodunun əsas məqsədi cisim və ya hadisələri müqayisə etmək,onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirməkdir.Əvvəlcə müqayisə olunacaq cisim və hadisələr müəyyənləşdirilir,kəsişən dairələr çəkilir.Ortada yazmaq üçün yer saxlamaq şərtilə I və II dairədə müqayisə olunacaq obyektlər qeyd edilir.Fərqli cəhətlər sol və sağ tərəfdə,oxşar cəhətlər kəsişmə dairəsində yazılır.Müqayisə əsasında şagirdlər ümumiləşdirmə aparır,nəticə çıxarılır.


Yüklə 462,34 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin