Meteoroloji şərait və onun normallaşdırılması. Meteoroloji şərait normaları havanın temperaturunu, nəmliyini və hərəkət sürətini məhdudlaşdıran miqdar göstəriciləridir.
Optimal meteoroloji şəraitin normalaşdırılması işin xarakterindən asılı olaraq (CH-245-71-ə əsasən) tərtib edilir.
Havanın nəmliyi. Hava qızdıqda və su buxarları ilə doymuş olduqda insanın ağ ciyərlərində və dərisinin səthində olan nəmliyin buxarlanması çətinləşir, bəzən isə bu heç mümkün olmur. Bu da binanın havasındakı və bədənin səthindəki su buxarlarının elastikləri fərqinin azalması ilə izah edilir. Otaq havasında mütləq nəmlik çox (85% və daha artıq) və temperatur insan dərisinin temperaturuna bərabər olursa, (32-330C) tərin buxarlanması mümkün olmur, tərləmə davam edir, nəticədə insanda tez yoruma və zəifləmə müşahidə olunur.
Alçaq temperaturlu və yüksək nisbi nəmlikli havada bədən səthindən istiliyin verilməsi güclənir.
Havanın nəmliyi mütləq və nisbi qiymətlərlə ölçülür. Havada olan su buxarlarının qramlarla miqdarına mütləq nəmlik deyilir. Nisbi nəmlik ölçü vaxtındakı temperaturda havann mütləq nəmliyinin maksimal nəmliyinə olan nisbətinə bərabərdir.
Havanın hərəkət sürəti. Havanın hərəkəti öz sürətindən asılı olaraq insan orqanizminə müxtəlif dərəcədə təsir göstərir. Havanın hərəkəti zamanı bədən səthindən istiliyin aparılması bəzən eyni temperaturlarda kəskin sürətdə fərqlənir. İnsan bədənini əhatə edən havanın temperaturu az və hərəkət sürəti çox olarsa, bədən səthindən istiliyin hava ilə aparılması daha çox olur. Bu da insan bədəninin soyumasına və nəticədə soyuqdəymə xəstəliyinə səbəb olur.
Havanın sürəti müxtəlif cihazlarla ölçülür:
290C temperaturda və kiçik sürətlərdə katatermometrlərdən (şəkil 2);
Böyük sürətlərdə isə fincanlı anemometrlərdən (şəkil3) istifadə edilir.
Katatermometrlər genişləndirilmiş yuxarı hissədən və kürədən, yaxud silindirşəkilli tutum və kapillyardan ibarətdir. Havanın sürətinin katatermometrlərlə ölçülməsi prinsipi spirt tutumu ilə onu əhatə edən havanın doyması arasındakı asılılığa əsaslanır. Bu cihazla havanın sürətini ölçmək üçün katatermometrin spirtli tutumu temperaturu 60-700C olan suya salınır və suda o vaxta qədər saxlanılır ki, rəng qatılmış spirt cihazın yuxarı tutumunun yarısına qədər qalxmış olsun.
Katatermometri qurulayıb asdıqdan sonra spirtin düşmə xəttini 38-350C intervalında qeyd etmək lazımdır. Bu intervalda temperatur istiliyin verilməsi hesabına azalır.
Cihazın soyuma sürəti otaq havasının sürətindən və temperaturundan asılıdır ki, bunu təyin etmək üçün havanın soyutma qüvvəsini hesablamaq lazımdır:
,
burada - aşağı tutumu 10C- yə qədər soyutduqda istilikvermə miqdarının göstəricisi olan cihazın əmsalı, C/sm2. 0C