Monoqrafik üsulda bədbəxt hadisə baş verdiyi yerdə əmək prosesləri və texnoloji proseslər iş yeri, əsas və köməkçi avadanlıq, fərdi mühafızə vasitələri, əməyin təşkili səviyyəsi, sanitariya-gigiyena şəraiti birlikdə tədqiq olunur. Bu tədqiqat üsulunda bədbəxt hadisələrin aşkar və gizli səbəbləri ilə bərabər istehsalın potensial təhlükələri və zərərli olması aşkara çıxarılır. Müəyyən istehsalat sahəsinin monoqrafık təhlilində texniki tədqiqat vasitələrindən (mühiti xarakterizə edən amillərın öiçülməsi, alətlərin sınağı) də istifadə edilir, nəticədə bədbəxt hadisələrin səbəblərini aradan qaldırmaq üçün tədbirlərin görülməsinə imkan yaranır.
Zədələnmə və peşə xəstəliklərinin maddi nəticələri İnsanın işləmə qabiliyyəti istehsalatın əçək şəraitindən bilavasitə asılıdır. Əmək şəraitinin qeyri-normal vəziyyəti texnoloji proses rejiminin pozulmasına, əmək məhsuldarlığı və hazır məhsulun keyfiyyətinin azalmasına, istehsalat xəstələnmələri və travmatizmin artmasına, habelə, vəsait itkilərinin əmələ gəlməsinə səbəb olur. Bunların nəticəsində müəssisəyə böyük məbləğdə iqtisadi ziyan dəyir.
Pis əmək şəraitinin nəticəsində yaranan xəstəlik və travmatizmlə əlaqədar əmələ gələn itkilərin təhlil və hesabatından sonra əldə edilən nəticələri nəzərə almaqla əmək mühafizəsi sahəsində tədbirlər planı hazırlanır. Bundan sonra işlənmiş tədbirlərin tətbiq edilməsi sahəsində lazımi işlər aparılır. Əmək mühafizəsi üzrə tədbirlərin tətbiqi nəticəsində hər bir işçinin orta illik məhsuldarlığı artır, sosial sığortalanmaya çəkilən xərclərə qənaət olunur və əmək itkisi azalır.
İş şəraitinin pisliyi nəticəsində baş vermiş zədələnmələrdən və xəstələnmələrdən əmələ gələn itgilərin hesabatı aparılır, nəticəsi analiz edildikdən sonra bu analizin nəticəsi nəzərə alınmaqla əmək mühafizəsi üzrə tədbirlər planı işiənib hazırlanır.
Bundan sonra işlənib-hazırlanmış tədbirlər həyata keçirilir, nəhayət ən azı bir il yeni həm yaxşılaşdırılmış, həm də təhlükəsizləşdirilmiş iş şəraitində işlədikdən sonra əmək mühafızəsi üzrə tədbirlərin iqtisadi səınərəliliyinin hesabatı aparılır.
Təhlükəsiz iş şəraitinin tətbiqinin səmərəliliyinin hesabatının nəticələri və travmatizmin, xəstələnmələrin iqtisadi nəticələri hər il mütəxəssislərlə müzakirə olunmalı, nəticədə buraxılan nöqsanlar aradan qaldırılmalı və gələcəkdə əmək mühafızəsi tədbirlərini daha səmərəli planlaşdırmağa zəmin yaradılmalıdır.
Əmək mühafizəsi tədbirlərinin tətbiqi hər işçiyə düşən orta illik məhsul istehsalını artırmaqla bərabər, maddi təminat xərclərinə qənaət edilməsinə və əmək itkilərinin azaldılmasına səbəb olur.