Mühazirə materialları Müəllim: t e. n. Salahov Rafiq Azad oğlu


Zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi



Yüklə 0,53 Mb.
səhifə21/26
tarix21.12.2022
ölçüsü0,53 Mb.
#76906
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu (1)

Zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi
Əməyin mühafizəsi – insanın əmək prosesində sağlamlığını, təhlükəsizliyini və işgüzarlığını təmin edən qanunvericilik aktları, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi tədbirlər sistemidir. Əməyin mühafizəsinin məqsədi istehsalat şəraitində işləyənlərin sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalat zərərçəkmə və peşə zədələnmələrinin, peşə xəstələnmələrinin qarşısını almaqdır. Əmək mühafizəsi qarşısında duran əsas məsələlər müstəqil Azərbaycan dövlətinin qüvvədə olan konstitutsiyasına uyğun, qanunvericilik aktları, əmək məcəlləsi, xüsusi qaydalar və normalar, müvafiq qərarlar və təlimatlar əsasında tənzim edilir. Əmək mühafizəsi fənni yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rol oynamaqla, istehsalat sanitariyası və gigiyena, əmək psixologiyası, istehsalat estetikası, erqonomika və s. fənlərlə sıx surətdə bağlıdır.
Azərbaycan Respublikasında elmi-texniki tərəqqi əhalinin işlə təmin edilməsilə əlaqələndirilir və ondan əməyin əsaslı surətdə yüngülləşdirilməsi, iş həftəsinin qısaldılması, ağır fiziki əməyin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün istifadə edilir. Elmi-texniki tərəqqi inkişaf etdikcə insanların əmək fəaliyyətində zehni əməyin fiziki əməklə üzvi surətdə birləşməsi prosesi gedir. Geniş miqyasda həyata keçirilən ixtisas və texniki-peşə təsili cəmiyyətin mənafeyini nəzərə almaqla iş və peşə növünün sərbəst seçilməsini təmin edir. Əməyin mühafizəsi məsələləri ilə məşğul olan elmi müəssisə və idarələr əmək qanunvericiliyi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normaları, iş yerlərinə erqonomik tələbatlar, yanğın təhlükəsizliyi, istehsalat obyektlərinin ildırımdan mühafizə məsələsi və bir sıra başqa məsələlər üzrə lazımi tədbirlər hazırlayıb əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tətbiq edir.
Tədqiqatçılar belə bir doğru nəticəyə gəlmişlər ki, hər bir müsbət hadisədə mənfi və hər bir mənfi hadisədə müsbət cəhətlər mövcud olur. Elmi-texniki inqilab özlüyündə müsbət hadisədir. Bununla belə, yüksək səviyyədə inkişaf etmiş, quruluşuna görə çox mürəkkəb olan texnikadan istifadə edən insan kiçik bir səhv üzündən özünü təhlükə qarşısında qoyur. Avtomobil maşınlarının sürətlə çoxalmasını biz təbii olaraq müsbət qiymətləndiririk, lakin avtomobil qəzalarının acı nəticələri də göz qabağındadır.
Əmək mühafizəsinin inkişaf tarixi mədəniyyətimizin inkişafı ilə sıx əlaqədardır. Insanlar öz fəaliyyyət dairələrini inkişaf etdirdikcə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına tələbat da artmağa başlayır.
Əmək mühafizəsinə aid ilk elmi-tədqiqat işləri M.V.Lomonosov tərəfindn aparılmşdır. O, 1742-ci ildə «Metallurgiya və mədən işlərində təhlükəsizlik tələbləri» və «Xüsusi geyimlərə tələbat» adlı dəyərli məqalələr yazmışdır. O, daha sonra 1752-ci ildə ilk dəfə olaraq indi də geniş tətbiq olunan ildırımötürücünün konstruktiv quruluşunu vermişdir. Əməyin mühafizəsi məsələləri ilə məşğul olmuş alimlərdən akademik S.V.Vavilov iş yerinin lüminessent lampaları ilə işıqlandırılmasını, akademik V.V.Petrov elektrik qaynağı problemini, akademik A.A.Skonçinski yanğına və partlayışa qarşı tədbirləri; professor M.E.Jukovski ventilyator qurğularının konstruksiyasında aerodinamikanın nəzəri məsələlərini, N.S.Stekolnikov tikinti obyektlərinin ildırımdan mühafizə məsələsini, professor N.M.Quseva iş yerinin təbii işıqlanma normalarını və başqa məsələlri müvəffəqiyyətlə həll etmişlər.
Bəşəriyyət özünün inkişafı boyu ətraf mühitlə sıx bağlı olub. XXI əsrdə o, yüksək sənayeləşmiş cəmiyyətin yaratdığı problemləri daha çox hiss etməkdədir. İnsanın təbiətə kəskin müdaxiləsi, bu müdaxilənin miqyasının genişliyi və müxtəlifliyi bəşəriyyət üçün qlobal təhlükələrlə nəticələnə bilər. Praktik olaraq planetimizin müxtəlif guşələrində hər an fövqəladə hadisələr yaranır və bunlar kütləvi informasiya vasitələri ilə bizə növbəti faciə, təbii fəlakət, qəza, hərbi münaqişə və terror aktı kimi çatdırılır. Fövqəladə halların sayı ildən-ilə durmadan artır. Bu isə o deməkdir ki, fövqəladə hallar nəticəsində qurbanların, yaralananların da sayı, vurulan maddi ziyanın miqyasları da daim artmaqdadır. Fövqəladə hadisə hər hansı bir prosesin gedişatında normadan kənara çıxma nəticəsində baş verir. Hadisənin inkişaf xarakteri və onun nəticələri isə müxtəlif mənşəli pozulma faktları ilə müəyyənləşdirilir. Bu sistemin fəaliyyətini pozan təbii, antropogen, sosial və ya digər təsirlər ola bilər.

İstehsal qəzalarının səbəblərini araşdırarkən məlum olur ki, belə hallar çox vaxt işçinin istehsalat texnologiyasının pozması, istismar və təhlükəsizlik qaydalarına dəqiq riayət etməməsi, öz vəzifəsinə məsuliyyətsiz yanaşması və ya onun öhdəsindən gələ bilməməsi nəticəsində baş verir.


Buna görə də bütün obyektlərdə və xüsusəndə təhlükə potensiallı müəssisələrdə qəzaların səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq, onların ehtimal edilən nəticələrini zəiflətmək, işçilərin, avadanlığın mühafizəsini təmin etmək məqsədilə müvafiq tədbirlər kompleksi həyata keçirilməlidir. Tədbirləri konkret məzmununu-əməyin təhlükəsizliyi, mülki müdafiə üzrə tələblər, yanğın və radiasiya təhlükəsizliyi qaydaları və digər müvafiq normativ sənədlərin göstərişləri ilə müəyyən etmək lazımdır.
Bu vəzifənin yerinə yetiriliməsində respublikanın bütün dövlət, təsərüffat, hərbi orqanları və ictimai təşkilatları, eləcədə hər bir vətəndaş fəal iştirak etməlidir. Buna respublikanın bütün əhalisi əvvəlcədən, müntəzəm və hər tərəfli surət də mühafizə tədbirlərinin hazırlanması yolu ilə müvafiq olmaq mümkündür. Bu sahədə göstərilən hər tərəfli fəaliyyət məqsədyönlü olmalı, hamı üçün məcburi sayılan prinsiplərə əsaslanmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövrəsindəki fövqəladə hallarda əhalini mühafizəsinin əsas prinsipləri məhz belə səciyyəli sənəddir. Mühafizəni əsas prinsipləri və üsulları, mülki müdafiə üzrə digər normativ aktların işlənib hazırlanması üçün ilkin sənəddir.
Burada əhalinin təbii fəlakətlərinin, istehsalat qəzaların nəticələrindən və müasir qırğın silahlarının təsirindən qorunmağın üsulların, vasitələrini və qaydaları müəyyən edir.
Əhalinin mühafizəsində məqsəd-fövqəladə hallarda adamların həyatının qorunması üçün lazımi şəraitin yaradılması, adamların zədələnməsinin qarşısının alınması və ya zədələnmə ehtimalının mümkün qədər azaldılmasının, əhalinin mühafizəsinin səmərəli təşkil edilməsi, mühafizəsinin prinsiplərinin və üsullarının düzgün seçilməsindədir.
Əhali sülh dövründə-təbii fəlakətlərdən, istehsalat qəzalarından və adamların həyatı üçün təhlükə törədən digər fövqəladə hallardan; müharibə dövründə-müasir kütləvi qırğın silahlarından və bu silahların işlədilməsi nəticəsində kimyəvi və başqa təhlükəli potensiallı obyektlər dağılarkən yaranan ikinci zədələyici amillərdən mühafizə olunmalıdır.

FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır.



  • Mühafizə Azərbaycan Respublikasının bütün ərazisində ərazi istehsalat prinsipi üzrə təşkil edilir. Respublikasının bütün əhalisi mühafizə edilməlidir; bu tədbirlər fasiləsiz xarakter daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir.

  • Əhali yerləşən rayonların hərbi-siyasi və təbii xarakterindən, burada ehtimal edilən fövqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə tədbirləri fərqli surətdə planlaşdırılır və həyata keçirilir.

  • Bu məqsədlə, sülh dövründə baş verə biləcək fövqəladə halların xarakteri və miqyası proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanları nəzərə almaqla respublikanın ərazisi zonalara ayrılır. Mülki müdafiə tədbirləri hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir.

  • Əhalinin mühafizəsinə müxtəlif mühafizə üsullarından kompleks halında istifadə edilməklə nail olunur ki, bu üsullardan ən əsasları-əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlardan köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindən istifadə olunmasıdır.

  • Əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və sosial inkişaf planlarında nəzərə tutulur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qayda da yerinə yetirilir.

  • Əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi məqsədyönlü və kifayətdir prinsipi ilə müəyyən edir.

Bu prinsipdə aşağıdakılar nəzərdə tutulur:



  • Fövqəladə hallarda gözlənilən nəticələrim elmi proqnozu əsasında mühafizənin optimal variantlarının seçilməsi;

  • Mülki müdafiə vəzifələrinin xalq təsərrüfatı mənafeləri ilə əlaqələndirilməsi;

  • Təhlükə yaranan dövrdə qabaqcadan təşkilatı və mühəndis-texniki tədbirlərin yerinə yetirilməsi;

  • Mülki müdafiə obyektlərinin tikintisində yüksək keyfiyyətli parametrlərin tətbiq edilməsi;

  • Mühafizə vasitələrinin həm sülh, həm də müharibə şəraiti üçün yararlığının təmin olunması;

  • İqtisadi və sosial inkişaf planlarının tərtibində və yerinə yetiriliməsində mühafizə məsələlərinə üstünlük verilməsi.

  • Əhalinin mühafizəsi üzrə mülki müdafiə tədbirlərində respublikanın bütün vətəndaşlarının iştirakı prinsipial şərtdir. Bu, hər adamdan öz təhlükəsizliyi üçün şəxsi məsuliyyət daşımağı fəaliyyət göstərməyi, kollektiv və fərdi mühafizə vasitələrindən istifadəni bacarmağı, habelə fövqəladə hallarda davranış və fəaliyyət qaydalarına riayət olunmasını tələb edir.

Buna mülki müdafiə biliklərini əhaliyə müntəzəm və fasiləsiz surətdə öyrənməklə nail olmaq mümkündür.


Sülh dövründə əhalinin fövqəladə hadisələrdən mühafizəsi üçün aşağıdakı tədbirlər daha vacib əhəmiyyətə malikdir;

  • Etibarlı xəbərdarlıq sisteminin yaradılması;

  • Mühafizə qurğuları ehtiyatlarının yaradılması;

  • Kombinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması və vaxtında yerinə yetirilməsi, köçürülən əhalinin qəbul etmək və yerləşdirmək üçün şəhərdənkənar təhlükəsiz zonanın hazırlanması;

  • Əhalinin fərdi mühafizə vasitələri ilə təchiz edilməsi;

  • Mühafizə üsullarının əhaliyə ümumi və icbari surətdə öyrədilməsi;

  • Ərzaq və suyun radioaktiv, kimyəvi maddələrdən, güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi;

  • Radiasiya, kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya nəzarətinin təşkili;

  • Rejimi tədbirlərin, sanitariya-gigiyena tədbirlərinin və radiasiya əleyhinə tədbirlərin həyata keçirilməsi;

Daimi radiasiya və kimya müşahidəsi, kəşfiyyat və laboratoriya müşahidəsinin təşkili – təhlükə barədə əhalinin vaxtında xəbərdar etmək üçün vacib şərtlərdən biridir.
Fövqəladə hadisə təhlükəsi yarandığı barədə xəbərdarlıq edilərkən əhali təhlükənin xarakterindən asılı olaraq aşağıdakı tərzdə fəaliyyət göstərməlidir.

  • Kütləvi məlumat vasitələrinin (radioreproduktoru, qəbul edicini) daimi şəbəkəyə qoşulu saxlamalı;

  • Şəhərdənkənar zonaya köçürülməyə hazırlaşmalı;

  • Fövqəladə hadisə ehtimalına görə daldalanacağın ( sığınacağın) yerini dəqiqləşdirilməli, kənd yerlərində radiasiya əleyhinə daldalanacaq düzəltməyə başlamalı;

  • Fərdi mühafizə vasitələrini, o cümlədən tibbi mühafizə vasitələrini əldə etməli, onları istifadə üçün hazırlamalı.

Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları:

  • Mühafizə qurğularına daldalanmaq;

  • Fərdi mühafizə vasitələrindən istifadə etmək;

  • İri şəhərlərdən və təhlükəli sahələrdən əhalini şəhərdənkənar təhlükəsiz zonaya köçürməkdən ibarətdir.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin