Mühazirə materialları Müəllim: t e. n. Salahov Rafiq Azad oğlu


Fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri



Yüklə 0,53 Mb.
səhifə3/26
tarix21.12.2022
ölçüsü0,53 Mb.
#76906
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu (1)

Fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirləri

Qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlər FH zonasında ilk növbədə yerinə yetirilən işlərin məcmusudur. İnsanların xilas edilməsi və onlara yardım edilməsi; zədələnmə ocaqlarının lokallaşdırılması və yayılmasının qarşısının alınması; ikincili zədələyici amillərin əmələ gəlməsinin qarşısının alınması; maddi və mədəni sərvətlərin xilas edilməsi və mühafizəsi; həyat fəaliyyətinin minimal ehtiyaclarının təmin edilməsi-bu işlərə aiddir.


Qəza-xilasetmə işləri dedikdə – FH baş vermiş zonada insanların, maddi və mədəni sərvətlərin xilas edilməsi, təbii mühitin mühafizəsi, FH lokallaşdırılması, FH zədələyici amillərinin təsirinin qarşısının alınması və ya minimal səviyyəyə qədər azaldılması başa düşülür.
Digər təxirə salınmaz tədbirlər dedikdə—qəza-xilasetmə işlərinin hərtərəfli təmin olunması, FH zərərçəkmiş əhaliyə tibbi yardım və başqa yardımların edilməsi, insanların sağlamlığı və həyatını, əmək qabiliyyətini təmin edən minimal şəraitin yaradılması başa düşülür.
Real şəraitdə qəza-xilasetmə və digər təxirə salınmaz tədbirləri bir-birindən ayırmaq çətindir və bu bölgü şərtidir. Qısa olaraq həmin işləri Xİ (xilasetmə işləri) və DTT (digər təxirə salınmaz tədbirlər)
Xİ və DTT adətən, gecə-gündüz, hər bir havada fasiləsiz olaraq aparılır. Böyük qəzalar və fəlakətlər zamanı Xİ və DTT işlərinin həcmi böyük olduğu üçün işlər 2-3 növbədə təşkil olunur. Növbələr birbaşa iş yerlərində dəyişdirilir. Bu zaman ağır mühəndis texnikası ərazidən çıxarılmır, yeni gələn növbəyə iş yerində təhvil verilir. FH nəticələri o zaman aradan qaldırılmış hesab olunur ki, insanların həyatına və sağlamlığına təhlükə yaradan amillər aradan qaldırılmış olsun və ya, təsiri minimal səviyyəyə qədər endirilsin.
FH nəticələrinin aradan qaldırılması fövqəladə hal zonasındakı bütün vətəndaşlar və təşkilatları üçün məcburidir .
Ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, həyata keçirilən geniş miqyaslı islahatlar, əhalinin yaşayış səviyyəsinin durmadan yüksəlməsi, dövlətin bütün sahələrin inkişafına göstərdiyi diqqət və qayğı bələdiyyələrin də fəaliyyətlərinin müasir səviyyədə qurulmasını zərurətə çevirmişdir. Məlumdur ki, fövqəladə hadisə dedikdə insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulması, əhəmiyyətli maddi itgilərə və insanların həyat şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət başa düşülür.
Fövqəladə halların qarşısının alınması məqsədilə hər ilin əvvəlində rayonun fövqəladə hallar və mülki müdafiə şöbəsi ilə bələdiyyələr arasında razılaşdırılmış və təsdiq edilmiş “Mülki Müdafiə üzrə tədbirlər” planında bələdiyyələrin yerinə yetirməli olduğu profilaktik tədbirlər qeyd olunur.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin