Mühazirə materialları Müəllim: t e. n. Salahov Rafiq Azad oğlu


Radiasiya əleyhinə daldanacaqlar



Yüklə 0,53 Mb.
səhifə5/26
tarix21.12.2022
ölçüsü0,53 Mb.
#76906
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu (1)

Radiasiya əleyhinə daldanacaqlar
Radiasiya daldalanacaqlarının mühəndis-texniki avadanlıqlarına bu sistemlər daxildir: -ventilyasiya; -isitmə; -su təchizatı; -kanalizasiya; -elektrik təchizatı və rabitə. Radiasiya daldalanacaqlarında təbii və ya mexaniki ventilyasiya tətbiq edilə bilər. Mexaniki ventilyasiya zirzəmilərdə yerləşdirilən tutumu 50 nəfərdən artıq olan daldalanacaqlarda, eləcə də birinci və kürsü mərtəbələrdə yerləşdirilən həmin tutumlu daldalanacaqlarda təbii ventilyasiya kifayət etmədikdə düzəldilir. Sənayedə hazırlanan süzücü –ventilyasiya qurğuları olmadıqda əlaltında olan materiallardan düzəldilən ən sadə hava təchizatı vasitələrindən geniş istifadə edilə bilər. Radiasiya daldalanacaqlarının otaqları binanın lazımi hallarda açılan ümumi isitmə sistemindən qızdırılır. Su təchizatı daxili və xarici kəmərlərdən nəzərdə tutulur, belə su kəmərləri olmayan hallarda hər adam üçün sutkada 2 l hesabı ilə səyyar su qabları qoyulması nəzərdə tutulmalıdır. Kanalizasiya olan binalarda çirkab suları xarici şəbəkəyə axıtmaqla, yuyulan ayaqyolu düzəldilməlidir. Xarici kanalizasiya xətti tutularkən binanı çirkab sulardan qorumaq üçün hökmən bağlayıcı tərtibat qoyulmalıdır. Lazımi hallarda kanalizasiya sistemində vurucu stansiya düzəldilməsi nəzərdə tutulur. Radiasiya daldalanacaqları xarici elektrik şəbəkəsindən, ya da səyyar elektrik fənərləri vasitəsilə elektrik enerjisi ilə təchiz edilir. Səhiyyə idarələrinin cərrahiyyə profilli xəstəxanalarında və doğum evlərində yerləşdirilən radiasiya daldalanacaqları biri digərindən asılı olmayan iki müstəqil elektrik mənbəyindən elektrik enerjisi ilə təchiz edilməlidir. Evin zirzəmisini radiasiya daldalanacağı kimi istifadə etmək üçün onun üst örtüyünün lazımi hallarda əlavə aşırım tirləri və dirəklərlə möhkəmləndirmək artıq pəncərə oyuqlarını və digər boşluqları qum kisələri, kərpiclə hörmək və ya torpaq töküb bağlamaq lazımdır. Örtüyün üstünə hesablanmış qalınlıqla əlavə torpaq (qum, şlak) qatı tökür, xarici divarların dibini üst örtük səviyyəsinədək torpaqla örtürlər. Zirzəminin girişində hermetik qapılı tambur (dəhliz), otaqlarda isə oturmaq və uzanmaq üçün kürsü, ya da taxtlar düzəldilməlidir. Zirzəmilərdə həmçinin hava sorucu qutular formasında təbii ventilyasiyaya tərtibatı düzəldilir. Bunları taxta, asbest-sement, saxsı və ya metal borulardan düzəldirlər. Qutunun aşağı ağzı kip siyirmə qapaqla (dönən qapaq) bağlanır. Qutunun digər ağzı (ucu) 150-200 sm hündürlükdə çölə çıxarılmalıdır. Mənzili (evi) radioaktiv maddələrlə çirklənmədən mühafizə etmək üçün qapı və pəncərə çərçivələrindəki bütün boşluqları, bacaları bərkitmək (suvamaq, tıxaclamaq, yapışdırmaq), qapı-pəncərə yerlərinə qalın pərdələr asmaq, tüstü bacalarını bağlamaq, ərzaq mallarını və suyu radioaktiv maddələrlə, təhlükəli aerozollarla, habelə bakterial vasitələrlə çirklənmədən qorumaq lazımdır.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin