Belə ki, reklam məktubunda təklif olunan əmtəə və xidmətlər haqqında məlumat verildiyindən, o aşağıdakı sxem üzrə yaradılır:
1. Adresata müraciət (məsələn, “Hörmətli cənablar!” və ya “Hörmətli məsləkdaşlar!”).
2. Şirkətin qısa xarakteristikası.
3. Əmtəə və xidmətlərin əsas dəyərlərinin sadalanması ilə təqdim olunması.
4. Əlavə və ya əlaqədar şərtlərin göstərilməsi.
5. Əməkdaşlığın konkret formaları (topdan və pərakəndə satış, göstərilən xidmətlər) haqqında təklif.
6. Lazım gəldikdə malların nümunəsinin verilməsi, əmtəə və xidmətlər haqqında ətraflı məlumatın verilməsinə hazırlığın bildirilməsi və möhtəməl alıcıda yarana biləcək bütün mümkün suallara cavab.
7. Əməkdaşlığa ümidin ifadəsi.
8. İmza (vəzifə, inisiallar, soyad).
Şirkəti təqdim edən reklam məktubu aşağıdakı sxem əsasında tərtib olunur:
1. Adresata müraciət.
2. Şirkətin qısa xarakteristikası.
3. Eyni əmtəə və xidmətləri təqdim edən rəqiblərlə müqayisədə şirkətin əsas fəaliyyət istiqaməti, onun nailiyyətləri, dəyər və üstünlükləri haqqında məlumat.
4. Əməkdaşlığın konkret formaları haqqında təklif.
5. Şirkət haqqında ətraflı məlumat verməyə hazırlığın bildirilməsi və əməkdaşlığa dair bütün suallara cavab vermək.
7. Əməkdaşlığa ümidin ifadəsi. 26
8. İmza (vəzifə, inisiallar, soyad).
İş təcrübəsində nəinki şirkət və onun struktur bölmələrinin rəhbərləri, hətta sıravi işçilər – menecerlər, baş menecerlər, mütəxəssislər və s. tərəfindən imzalanan reklam məktubları ilə qarşılaşmaq olar. Lakin məktuba daha yüksək etimadın yaranması və alıcıya təsir göstərilməsi üçün yaxşı olar ki, məktub struktur bölmə rəhbəri vəzifəsindən aşağı vəzifəli şəxs tərəfindən imzalanmasın, şirkəti təmsil edən məktublar isə ümumiyyətlə rəhbər və ya onun müavinlərindən biri tərəfindən imzalansa daha yaxşı olar.
Reklam məktublarının tərtibi zamanı işgüzar yazışmanın ümumi qaydalarına riayət olunmalıdır, lakin yazıya diqqət cəlb etmək üçün mətnin müxtəlif üslubi tərtibat növündən istifadə olunması mümkündür. Məsələn, ayrı-ayrı, daha önəmli mətn hissələri üçün müxtəlif şriftlərdən istifadə etmək, mətnin ayrı-ayrı hissələrini yarımqara şriftlə ayırmaq olar. Lakin bu zaman tərtibat effektinin məktubun məğzindən diqqəti yayındırmaması üçün müəyyən qaydalar gözlənilməlidir.
TELEQRAM
"Teleqram" yunanca tele(uzaq), qramme(yazı) söz birləşmələridən yaranmışdır, "uzağa köçürmə" mənasındadır. Teleqram vasitəsilə müəyyən məlumat və ya müəyyən miqdarda pul uzaq məsafəyə təcili çatdınlır. Teleqramın yazılış forması; 1. Şəxsin ünvanı, adı və soyadı dəqiq göstərilməlidir; 2. Teleqramın məzmunu yığcam və aydın yazılmalıdır; 3. Rəqəmlər hərflərlə ifadə olunmalıdır.
Nümunə:
Teleqram Tovuz rayonu. Quşçular kəndi, Təzəxan müəllim Sultanova Sizi Novruz bayramı münasibətilə təbrik edir. Sizə uzun ömür, can sağlığı və işlərinizdə uğurlar arzulayıram.
Çingiz Əlibəyli keçmiş qrup yoldaşınız
RƏY
"Rəy" ərəb sözü olub bir şey - əsər, tamaşa, konsert, kino- fllm və s. haqqında fikir, mülahizə söyləməkdir. Rəyin yazılmasına verilən tələblər: 1. Rəyin başlığında onun nəyə və ya kimə verilməsi göstərilir; 2. Başlıq hissənin altında ortada böyük hərflə "Rəy" sözü yazılır; 3. Yeni səfirdən rəyin ümumi məzmunu şərh olunur. Haqqında rəy yazılan şey, hadisə, fakf fəhlil olunur, onun müsbət və çatışmayan cəhətləri göstərilir; 4. Rəyin müəllifi müəyyən nəticəyə gələrək öz təklif və tövsiyələrini bildirir; 5. Rəy tamamlandıqdan sonra rəyçi imzasını qoyur, ardınca adını və soyadını, titulunu qeyd edir; 6. Rəyçi imzasının altından ayın tarixini bütöv şəkildə yazır.
Nümunə:
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakülktəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Məmmədova Nurəngiz Adil qızının “Kitabi-Dədə Qorqud” dastanlarında feilin təsriflənməyən formaları” mövzusunda yazdığı buraxılış işinə
R Ə Y
Tələbə tədqiqatçı Məmmədova Nurəngiz Adil qızının “Kitabi-Dədə Qorqud” dastanlarında feilin təsriflənməyən formaları” мювзусунда йаздыьы бурахылыш иши giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Giriş hissə «Kitabi-Dədə Qorqud» dastanlarında təsriflənməyən formaları adlanır və bu fəsildə dastandakı feilin təsriflənməyən formalarının öyrənilməsinin əhəmiyyətindən danışılır.
«Kitabi-Dədə Qorqud» dastanlarında məsdər” adlı I fəsildə işlənmiş məsdərlər tədqiq olunmuş və elmi şəkildə izah edilmişdir.
«Kitabi-Dədə Qorqud» dastanlarında feli sifət” adlanan II fəsildə isə dastanda işlənmiş feli sifətlər araşdırılmış, təhlili və lazımi səviyyədə tədqiqi verilmişdir.
Buraxılış işinin III fəsli «Kitabi-Dədə Qorqud» dastanlarında feli bağlamalar” adlanır. Bu fəsildə də feili bağlamalar tədqiq və təhlil olunmuşdur.
Buraxılış işinə “Nəticə” hissədə yekun vurulmuşdur.
Müəllifin də qeyd etdiyi kimi, az tədqiq olunan bu sahə buraxılış işində araşdırılmışdır. Işdə müəyyən nöqsanlar da vardır. Lakin tədqiqatçı tələbə Məmmədova Nurəngiz Adil qızının zəhmətini və işin tələbata cavab verdiyini nəzərə alaraq müdafiəyə buraxılmasını məqsədəuyğun hesab edirəm.
ELMİ RƏHBƏR: ABBASOVA A.Y.
Filologiya üzrə fəlsəfə doktoru
Dostları ilə paylaş: |