dil nitqin formasıdır, fikir isə onun məzmunu. 6. Nitq fərdi - psixi, dil isə ictimai hadisədir. Hər bir nitq aktı bütün psixi formaların (duyğu, hiss, təsəvvür, qavrayış, təfəkkür, emosiya və s.) təsirinə məruz qalır, ayrı-ayrı şəxslər dilin zəngin ifadə vasitələrindən müxtəl şəkildə istifadə edirlər. Bu səbəbdən birinin nitqi, danışığı digərlərindən gözəl, zəngin, əhatəli, məzmunlu və təsirii olur. Bu, danışanın (yazanın) dünyagörüşündən, savad dərəcəsindən, dilə şüurlu münasibətindən və sairədən asılı olaraq müxtəlif formalar kəsb edir. Belə keyfiyyətlərə malik olanlar dil vasitələrindən daha məharətlə, olmayanlar isə bir qədər zəif istifadə edirlər. Natiqlik fəaliyyətində bu cəhət nəzərə alınmalı, natiq öz nitqi üzərində müntəzəm işləməli, dantşığında dilimizin zəngin və rəngarəng ifadə vasitələrindən istifadə etməyi bacarmalıdır. Nitq fərdin yaradıcılıq fəaliyyətidir, vərdişidir. Digər yaradıcılıq formaları kimi nitq də (şifahi və yazılı) dilin vahidləri və ifadəlilik vasitələrindən istifıadə baxımından estetik keyfiyyətlərə malik olmalı, dinləyicini özünə cəlb etməlidir. ifadə olunan hər bir fıkir dinləyiciyə (oxucuya) təsir etməli, onda müəyyən hisslər oyatmalıdır.
Dil və nitq aşağıdakı qarşılaşmada özünü aydın göstərir:Obyektivlik, subyektivlik, ümumilik-xüsusilik, daimilik-dəyişkənlik, bəşərilik-millilik, mücərrədlik-konkretlik, ictimailik-fərdilik, mümkünlük-gerçəklik və s.
Nitqin ifadə üsullarına, təzahür şəkillərinə, kommunikasiya məqsədinə, şəraitinə və s. əlamətlərə görə bir sıra növləri (şifahi nitq, yazılı nitq, rəsmi nitq, səhnə nitqi, danışıq nitqi, kütləvi nitq, ədəbi nitq, vasitəli nitq, vasitəsiz nitq, təşkil olunmuş və təşkil olunmamış nitq və s.) mövcuddur ki, onlar müəyyən cəhətlərinə görə bir-birindən fərqlənirlər.
Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bir nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir: sual verir, dinləyən cavab: danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir. Başqa bir nitq formasında isə dinləyən ya ehtiyac, ya da imkanının olmaması üzündən müsahibinin danışığına müdaxilə etmir, münasibət göstərmir. Bu cür şərhetmə və dinləmə nitqin dialoji və monoloji formalarını yaradır.