Mühazirə Məşğələ Laboratoriya 6 7


Dövrələr arasinda elektromaqnit əlqələri



Yüklə 2,58 Mb.
səhifə57/60
tarix09.07.2023
ölçüsü2,58 Mb.
#136188
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   60
EL və ORX.(muh)

Dövrələr arasinda elektromaqnit əlqələri . Dövrələr arasında elektrik K12(iω,l)=g12+iωk1 və maqnit M12(iω,l)=r12+iωm1 əlaqələrinin təbiətinə və təsir xarakterinə baxaq.
Tutum əlaqəsi (k1) təsir edən dövənin damarları ilə təsirə uğrayan dövrənin damarları arasında tutum hissəciklərinin assimetrik olması (qeyri-simmetrik) nəticəsində baş verir. Şəkil 9.2-də simmetrik dövələr arasında elektrik (a) və maqnit (b) əlaqələrinin təsirini aydınlaşdıran prosesin ekvivalent sxemləri göstərilmişdir.
Şəkil 9.2-də 1-2 naqillərndən təşkil olunmuş Ⅰdövrə təsir edən, 3-4 naqillərindən təşkil olunmuş Ⅱ dövrə isə təsirə uğrayan dövrə hesab edilir. Damarlar arasındakı c13, c23, c14, c24 tutum hissəcikləri körpü sxemi əmələ gətirir.

Ə gər körpü simmetirik və müvazinət (taraz) vəziyyətində olarsa, onda Ⅰdövrədən (təsir edən) dövrəyə (təsirə uğrayan) enerji keçməyəcəkdir, yəni dövrədə maneə cərəyanı yaranmır. Körpünün tarazlıq şərti aşağıdakı kimidir:




.Əgər körpünün qarşı-qarşıya duran çiyinlərinin tutum hissəciklərinin cəmi bir-birinə bərabər olarsa, onda dövrələr arasında təsir olmayacaqdır:


c13+c24=c14+c23. (9.15)

Real halda dövrənin naqillərinin yerləşməsi, DE nüfuzluğunun (ε)və itki bucağının (tgδ) ekvivalent qiymətlərdən meyl etməsi körpünün tarazlıq şərtinin pozulmasına gətirib çıxardır. Bu da dövrələr arasında maneələrin yaranmasına səbəb olur. Bu hadisə tutm əlaqə əmsalı və ya sadəcə olaraq tutum əlaqəsi adlanır və aşağıdakı kimi təyin olunur:


F/km . (9.16)

Elektrik əlaqəsinin aktiv toplananı g12 təsir edən və təsirə uğrayan dövrələr (şəkil 9.2,a) arasındakı DE-də baş verən itkinin fərqi ilə xarakterizə olunur:




g12=(g13+g24)-(g14+g23), Sm/km. (9.17)

Analoji olaraq, dövrələr arasında induktiv əlaqə əmsalı (m1) körpünün induktivlik hissəcikləri ilə xarakterizə olunur ki, buda transformator əlaqəsinə bənzəyir (şəkil 9.2,b). Körpünün çiyinlərinin indktiv hissəciklərinin asimetrik olması hesabına təsir edən dövrədən təsirə uğrayan dövrəyə MS-nin yaratdığı enerji keçir və orada maneə cərəyanının əməl gəlməsinə səbəb olur. Bu aşağıdakı ifadə ilə təyin edilir:




m1=(m13+m24)-(m14+m23), Hn/km. (9.18)

Maqnit əlaqəsinin aktiv toplananı (r12) dövrələrin təşkil olunduğu naqillər ekrana, kabelin örtüyünə, üçüncü dövrələrə nisbətən qeyri-simmetrik yerləşdikdə maqnit sahəsinin yaratdığı burulğan cərəyanın əmələ gətirdiyi itkinin qiymətləri fərqli olur. Nəticədə körpünün çiyinlərindəki aktiv müqavimətlərin tarazlığı pozulur və maqnit əlaqəsinin meydana çıxmasına şərait yaranır. Bu hadisə riyazi şəkildə aşağıdakı düsturla yazılır:




r12=(r13+r24)-(r14+r23), Om/km. (9.19)

Aktiv əlaqənin qiyməti nə qədər çoxdursa, naqillərin aktiv müqavimətində və qonşu dövrələrdə, ekranda, metal örtükdə, kabelin başqa metal hissələrində yaranan burulğan cərəyanın hesabına baş verən enerji itkisi də bir o qədər çox olur.


Elektrik əlaqəsinin aktiv toplananları DE-də, maqnit əlaqəsinin aktiv toplananları isə metalda yaranan itki ilə xarakterizə olunur. Bütün bunlar dövrələrin parametrləinin və həndəsi qurluşlarının assimetrk olması hesabına yaranır. Elektrik və maqnit əlaqələri, onların aktiv və reaktiv toplananları arasındakı münasibət dövrənin tipindən, verilən tezliklərin diapazonundan və bir sıra başqa faktorlardan asılı olaraq, müxtəlif ola bilərlər.
Elektrik və maqnit əlaqələri arasında aşağıdakı münasibət movcuddur:
m1/k1= .
Simmetrik kabel dövrələrində Ⅰtəsir parametrlərinin dördünüdə nəzərə almaq lazımdır. Tezliyin qiymətindən asılı olaraq onlar arasındakı münasibətdə dəyişir. Bunlar aşağıdakılardan ibarətdir:
-tezliyin aşağı qiymətlərində (tonal tezlik) tutum əlaqəsi (ωkZD) üstünlük təşkil edir. Bu diapazonda başqa əlaqələrin təsiri nəzərə alınmır;
-tezliyin qiyməti artdıqcan maqnit əlaqəsinin təsiri artır və təqribən ƒ=35kHs olduqda, maqnit və tutum əlaqələrinin qiymətləri bərabərləşir ωkZD≈ωm/ZD.
-aşağı tezlikdə və sabit cərəyanda praktiki olaraq sıfıra bərabər olan aktiv əlaqələr r/ZDgZD, yüksək tezliklrdə nəzərə çarpacaq dərəcədə artır. Aktiv reaktiv əlaqələrin toplananlarının münasibəti aşağıdakı göstəricilərlə xarakterizə olunur: g/ωk1=10÷15%, r/ωm1=20÷30%.
SKD-si üçün ZD=165÷170 Om m/k=25000÷30000 Hn/F qəbul edilir. Ona görə də, əgər k əmsalının qiyməti məlum olarsa, onda asanlıqla m əmsalını tapmaq olar. Adətən rabitə kabelləri üçün k=10÷15 pF=(10÷15)·10-12 F/iu qəbul edilir.
HRX-lərindən fərqli olaraq, SKD-lərində tutum və induktivlik əlaqə əmsalları arasındakı asılılıq təsadüfi xarakter daşıyır. Bu onunla izah olunur ki, kabeldə elektrik K12() və maqnit M12() əlaqələrinin kompleks qiymətləri təkcə naqillərin assimtrekliyi ilə deyil, eləcə də bir sıra başqa səbələrdən də asılı olaraq təyin edilir. Bu səbəblər aşağıdakılardan ibarətdir: DE-də itkinin assimetrikliyi; DE nüfuzluğunun ekvivalent qiymətinin təsadüfi dəyişməsi; qonşu naqillərin və ekranın ekranlıaşma təsiri; yaxınlaşma effektivliyi hesabına təsir edən sahənin dəyişməsi; naqillərdə itkinin assimetrik olması və s. Nəticədə elektrik K12() və maqnit M12() əlaqələri arasındakı qarşılıqlı əlaqənin qiyməti korrelyasiya xaraketerinə malik olur. Lakin elektrik K12() və maqnit M12() əlaqələri arasında korrelyasiya əmsalı yüksək olaraq, 80% (0,8) qalır.

Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin