Mövzu 28
9.1. TƏSİR MƏNBƏLƏRİ VƏ ONLARIN FİZİKİ MAHİYYƏTİ
Məftil, naqil və optik liflərdən təşkil olunmuş rabitə dövrələri və xətt traktları elektromaqnit sahəsi (EMS) yaradan bütün enerji mənbələrinin təsirinə məruz qalır. Təsir mənbələrini iki əsas qrupa bölmək olar: 1) rabitə xətlərinin konstruktiv elementləri ilə əlaqədar olmayan, xarici enerji mənbələri; və 2) daxili, yəni bir-birinə qonşu olan naqil və OL-lərdən təşkil olnmuş fiziki və süni dövrələr.
Öz mənşəinə görə xarici təsir mənbələri aşağıdakılara bölünür:
-təbii-bura daxildir, atmosferdə elektrik boşalmaları (ildırım), günəş sistemində baş verən radiasiya, kosmik şüalanma, maqnit tufanı;
-insan tərəfindən yaradılan-bura daxildir, yüksək gərginlik xətləri (YGX), radiostansiyalar, elektrikləşdirilmiş dəmir yolları, elektrik nəqliyyat növləri (metro, tramvay, traleybus), sənayedə və məişətdə istifadə olunan elektrik qurğuları, məsafədən qidalandırma mənbələri, ayrı-ayrı elektrik tutumlu qurğular, elektrik cihazları və elektrik daşıyıcılıarına məxsus olan bütün mühitlər.
EM induksiya qanununa görə EMS-nin təsirinə məruz qalan rabitə dövrələrində faydasız cərəyan və gərginlik meydana çıxır. İnduksiya nəticəsində əmələ gələn cərəyan və gərginlik rabitə dövrələrində maneə yaradır. Bu maneəni yaradan EMS-si olduğu üçün, bunu EM təsiri və ya sadəcə olaraq təsir adlandırırlar.
Təsir mənbələri müxtəlif olmalarına baxmayaraq, onların fiziki mahiyyəti eynidir, yəni rabitə dövrələri bu və ya digər təsir mənbəi tərəfindən yaradılan EMS-nin təsirinə məruz qalır. Lakin hər bir təsir mənbəinin konfiqurasiyası, gərginliyi, tezliyi, induksiyalanmış sahənin maqnit və elektrik toplananlarının münasibəti, zamandan asılı olaraq EMS-nin dəyişməsi, ayrı-ayrı təsir mənbələrinin yaratdığı sahənin qiyməti ilə təyin edilir.
Təsir prosesinin fiziki mahiyyəti eyni olduğuna görə, təsir probleminin birgə nəzəriyyəsinə uyğun olaraq, təsiri qiymətləndiriən vahid riyazi aparatla təyin olunmalıdır. Birgə təsir nəzəriyyəsi xüsusi təsir nəzəriyyələrindən ibarətdir. Xüsusi təsir nəzəriyyələrinə aşağıdakılar daxildir:
-hava rabitə xəttlərindən (HRX), simmetrik, koaksial və optik kabellərdən (SK, KK, OK) təşkil olunmuş dövrələr və danışıq traktları arasındakı qarşılıqlı təsir və xarici təsir mənbələrinin rabitə xətlərinə təsiri. Göründüyü kimi təsir nəzəriyyələrini birləşdirən zaman bir sıra çətinliklər meydana çıxır. Bu çətinlikləri yaradan əsas səbəblər, bir tərəfdən maneə əmələ gətirən mənbələrin müxtəlif olması, digər tərəfdən isə, təsirə məruz qalan dövrələrin çoxlu sayda müxtəlif növlərdən ibarət olmasıdır.
Yuxırıda göstərilənlərə əsaslanaraq EMS-si yaradan mənbələri dörd əsas qrupa bölmək olar:
-rabitə xətlərindən təşkil olunmuş qonşu dövrələr;
-elektrik enerjisini ötürmək üçün istifadə olunan YGX-ləri;
-radiostansiyalar (RS), sənaye və məişətdə istifadə olunan elektrik qurğuları;
-atmosferdə elektrik boşalmaları.
Rabitə xətləri aşağıdakı xüsusiyyətlərə malikdirlər: kiçik güclü siqnalları ötürmə qabiliyyəti; verilən və qəbul olunan siqnalların səviyyələri arasındakı fərqi xarakterizə edən faydalı iş əmsalının (f.i.ə.) kiçik olması; bir neçə dövrələrin bir xətt altında (kabel, HRX) birləşdirilməsi.
2-ci qrupa daxil olan təsir mənbələrinin yaratdıqları EMS-nin gərginliyinin işçi diapazonu çox böyükdür. Bunlar aşağıdakı kimidir:
Rabitə dövrələri arasinda qarşiliqli təsirlərin təhlili.
Rabitə xətlərindən bir-birinə paralel olan çoxlu sayda dövrələr təşkil olunur və QE-dəki siqnalla vericidə alınan siqnalın səviyyəsi arasındakı fərq çox böyük olur. Belə bir vəziyyət bir-birinə yaxın yerləşdirilmiş qonşu dövrələr arasında maneə yaranmasına gətrib çıxardır. Ona görə də qonşu rabitə dövrələri təsir mənbəi hesab edilir.
Bir-birinə qonşu olan iki dövrə arasında baş verən hadisəni analiz edək (şəkil 9.1,a). Tutaq ki, “a” və “b” naqillərindən təşkil olunmuş dövrəyə generator qoşulub. Bu dövrə təsir edən dövrə adlanır. Mənbəyə qoşulmuş dövrənin naqillərində elektrik yükləri yaranır və onlardan cərəyan axmağa başlayır. Tutaq ki, müəyyən an ərzində ”a” naqilində +q, “b” naqilində isə -q yükü əmələ gəlir. İkinci dövrənin “c” və “d” naqiləri bu yüklərin yaratdıqları ES-nin altına düşür. Bu dövrə təsirə uğrayan dövrə adlanır. Elektrik induksiyası nəticəsində “c” və “d” naqillərində elektrik yükləri əmələ gəlir. Naqillər arasındakı məsafə qeyri-bərabər olduğuna görə bu yüklərin qiymətləri müxtəlif olur. Bununda nəticəsində “c” və “d” naqiləri arasında potensiallar fərqi yaranır və cərəyan əmələ gəlir. ES-nin təsiri nəticəsində qonşi dövrədə cərəyan və potensialın yaranması hadisəsi elektrik təsiri adlanır. “c” və “d” naqillərindən təşkil olunmuş dövrənin uzunluğu boyunca yayılan faydalı siqnallara görə, elektrik təsiri nəticəsində bu dövrədə yaranan cərəyan və gərginlik siqnalları maneə siqnalları hesab olunurlar.
“a” və “b” naqillərindən təşkil olunmuş dövrədən cərəyan axan zaman onun ətrafında dəyişən MS-si yaranır. “c” və “d” naqillərindən təşkil olunmuş dövrədə bu dəyişən MS-ində yerləşir (şəkil 9.1,b). Maqnit induksiyası nəticəsində “c” və “d” naqillərində e.h.q. əmələ gəlir. Buda öz növbəsində həmin dövrədə cərəyanın yaranmasına gətrib çıxardır. “c” və “d” naqillərindən təşkil olunmuş dövrədə yayılan faydalı siqnala görə bu e.h.q. və cərəyan maneə törədən hesab olunur. MS-nin təsiri nəticəsində ikinci dövrədə əmələ gələn gərginlik və cərəyan hadisəsi maqnit təsiri adlanır.
İki qonşu rabitə dövrələri arasında qarşılıqlı təsirin yaranmasına səbəb eninə EMS-dir. Başqa sözlə, bu sahənin qüvvə xətləri dövrənin uzunluğu boyunca yayılan faydalı siqnalların yayılma istiqamətinə perpendikulyar olan müstəvi üzərində yerləşir. Eninə EMS ilə yanaşı, real halda rabitə xətlərinin özündə də ES-nin təsiri mövcuddur. Bu təsiri yaradan sahə, naqillərdə daxili induktivliyin və onların hazırlandıqları materialların keçricilik xassəsinə malik olması hesabına baş verir.
ES-nin uzununa toplananlarının təsiri altında “a” və “b” naqillərindən və “a-d”; “b-c”; “b-d” cüt naqillərindən təşkil olunmuş süni dövrələrdə yekun cərəyanı yaranır. Bu cərəyan “c” və “d” naqillərində e.h.q.-nin uzununa toplananlarını yaradır ki, buda naqillərdən təşkil olunmuş dövrələrdə maneə yaradan əlavə maneə mənbəi hesab olunur. Bu e.h.q.-lərinin istiqamətləri eninə MS-nin yaratdığı e.h.q. ilə üst-üstə düşdüyünə görə, bu cür maniəni maqnit təsiri adlandırmaq olar.
Elektrik və maqnit sahəsi, bunların təsirlərini yaradan EMS-nin tam tərkib hissəsi olub, elektriklə maqnit sahəsinin birgə təsiri adlanır. Beləliklə, demək olar ki, rabitə dövrələri arasında qarşılıqlı təsiri yaradan əsas səbəblərdən biri EMS-dir. Əgər “c” və “d” naqillərindən təşkil olunmuş dövrə EMS-ni yaradan mənbə olarsa, onda o təsir edən, “a” və “b” naqillərindən təşkil olunmuş dövrə isə təsirə uğrayan dövrə hesab edilir. Rabitə xətti boyunca siqnallar yayılan zaman, onlar bütün dövrələrdə bərabər paylandığına görə dövrələrin bir-birinə təsiri qarşılıqlı olur.
Dövrələrin bir-birinə qarşılıqlı təsirlərindən göründüyü kimi, əgər “a-b” dövrəsi “c-d” dövrəsinə təsir edirsə, onda “c-d” dövrəsində yaranan maneə cərəyanı və e.h.q. yenidən “a-b” naqillərindən olan dövrədə təsir yaradan mənbəyə çevirilir. Dövrələr arasında yaranan belə təsir əks təsir prosesi adlanır və həddindən artıq çox təkrar oluna bilər. Lakin rabitə xətləri elə konstruksiyaya malikdir ki, “c-d” naqillərindən olan dövrədə yaranan maneə cərəyanı və e.h.q.-nin qiyməti çoxda böyük olmur. Ona görə də “c-d” naqillərindən olan dövrədə yaranan maneə cərəyanı və e.h.q.-nin “a-b” naqillərindən olan dövrəyə göstərdiyi təsir çox zəif olur. Bir rabitə xəttindən təşkil olunmuş dövrələrin hamısı ilə yayılan siqnalların spektrlərinin eyni olması hesabına, dövrələr arasında qarşılıqlı təsir nəticəsində yranan maneələr, nəinki informasiyanın keyfiyətini aşağı salır, eləcə də traktlardakı danışıqların bir-birinə qarışmasına səbəb olur ki, buda informasiyanın gizli saxlanmasını pozur.
Dostları ilə paylaş: |