Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə28/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

2. Pedaqoji qiymətləndirmə. İnnovativ pedaqoji texnologiyalardan biri də pedaqoji qiymətləndirmədir. Mövcud məktəbin qiymətləndirmə sistemində daha çox aşağıdakı növlərə müraciət olunur.
• təlim prosesinin qiymətləndirməsi;
• təhsil alanların nailiyyətlərinin qiymət-
ləndirilməsi;
• təhsil verənlərin pedaqoji fəaliyyətinin
qiymətləndirilməsi;
• təlim prosesinin ayrı-ayrı sahələrində
işin qiymətləndirilməsi.
Göründüyü kimi, qiymətləndirmə sahəsindəki paradiqmalarda qiymətləndirilən obyektlərdə fəaliyyətlər uyğun olsa da, onların təyinatı eyniyyət təşkil etmir. Belə ki, birində şagirdin, digərində müəllimin fəaliyyəti, başqa birisində isə təlim prosesinin qiymətləndirilməsi əsas istiqamətlər kimi götürülür. Eyni zamanda qiymətləndirmənin obyektivliyi bu prosesin daha etibarlı vasitəyə çevrilməsinə təsir göstərir. Ümumiyyətlə, qiymətləndirmə dedikdə, aydın məzmuna malik olan bir proses başa düşülür ki, ondan düzgün istifadə olunması hər bir təhsil işçisinin peşəkarlığının səviyyəsinə dəlalət edir.
3. Pedaqoji tələbkarlıq təhsil ənənələrimizdə olan və bu gün də istifadə edilən anlayışlardan biri kimi tanınır.Hazırda bu anlayış təlim-tərbiyə prosesində münasibətlərin və davranışların sosial-mədəni normalarının şagirdə təqdim olunması kimi başa düşülür. Məlum olduğu kimi, insan özündə ən yüksək keyfiyyətləri ümumiləşdirir. Bu da onun dəyərlərə malik olmasıdır. Elə bu mənada da insana ən böyük dəyər kimi yanaşılır. Mədəniyyətlərin toplandığı varlıq kimi ona qiymət verilir.
Pedaqoji tələb aşağıdakı formalarda verilə bilər:
• Xahiş forması – pedaqoji prosesdə tələbat, ehtiyac və arzunu təmin etməyə çağıran müraciətlər.
• Tövsiyə forması – bu və ya digər mütləq normanın, qaydanın əhəmiyyətini şagirdə şərtsiz anlatmaq.
• Etibar forması – müəllimlə şagird arasında dostluq münasibəti yarandıqda etibar bir-birinə hörmət edən və tərəflərin təbii münasibəti kimi özünü göstərir.
• İşgüzar tapşırıq forması – bu formadan tapşırığın daha dəqiq, düzgün, işgüzarlıqla yerinə yetirilməsi tələb olunduqda istifadə edilir.
Bu verbal formaların reallaşdırılmasında və bununla pedaqoji prosesin maraqlı qurulmasında nəql, analogiya, sual, təəccüb, işarə kimi vasitələrdən istifadə olunması daha uğurlu yanaşma kimi dəyərləndirilir.Pedaqoji prosesdə həm də aşağıdakı qeyri-verbal tələbkarlıq formalarından istifadə edilir.
• Mimikalar – daxili ruhi vəziyyəti ifadə edən üz hərəkətləri.
• Pauza – şagirdin müəllimin gözləyəcəyi mövqedə nitqi dayandırması.
Plastik hərəkətlər, jestlər, duruş – tədris- təlim prosesində vəziyyət və münasibət barədə informasiya verən hərəkətlər, jestlər və duruş.
• Tələb qoymaq – məqsədə müvafiq olaraq şagirdlərin fəallığını pozitiv məcraya yönəltmək.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin