Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Məlumatın ümumiləşdirilməsi və biliklərə çevrilməsi



Yüklə 0,82 Mb.
səhifə31/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

3. Məlumatın ümumiləşdirilməsi və biliklərə çevrilməsi. Oavranılmış məlumatı daha səmərəli surətdə biliklərə çevirmək üçün şagird həmin məlumatı ona məlum olan faktlarla, anlayışlarla, təriflərlə tutuşdurmalı, ümumiləşdirməli və öz şüurunda bilikləri müəyyən sistemə salmalıdır.
Hazırda psixoloqlar və pedaqoqlar şagirdlərin bitkin fəaliyyətini əhatə edən biliklərin dörd səviyyəsini müəyyənləşdirmişlər:

  1. tanışlıq səviyyəsi;

  2. biliklər səviyyəsi;

  3. bacarıqlar səviyyəsi;

  4. vərdişlər səviyyəsi.

4. Biliklərin möhkəmləndirilməsi. Məlumatın bacarıq və vərdişlərə çev­ril­məsində insanın hafizəsi böyük imkanlara malikdir. Bununla belə, insan beyni konkret məlumatı tez itirmək xassəsinə malikdir. Təlimin vəzifəsi alınmış mə­lu­ma­tın insan hafizəsində uzun müddət yadda qalmasını təmin etməkdən ibarətdir.
Məlumatı yaddasaxlamanın dərəcəsinə bir çox amillər: şagirdin fərdi xü­su­siy­yətləri, öyrənilən materialın vacibliyini dərketmə dərəcəsi, verilən məlumatın qav­­ranılma səviyyəsi, qavramanın ilkin dərinliyi, pedaqoqun emosional pri­yom­la­rı, maneçilik törədən amillərin səviyyəsi, yeni təəssüratların gücü və b. daxildir.|
5. Bilik, bacarıq və vərdişlərin tətbiqedilməsi təlimdə mənimsəmə pro­se­sinin həlledici mərhələsidir. Bilikləri qavramaq, anlamaq və möhkəmləndirməklə iş bitmir. Əsas məqsəd praktiki vəzifələri həll etmək üçün alınmış bilikləri tətbiq etməkdən ibarətdir.
6. Şagirdlərin işlərinin təhlili (bilik, bacarıq və vərdişlərə yiyələnməyə nə­zarət etmək) təlim prosesinin son mərhələsidir. Bu proses əks proses və əks əla­qədir, yəni məlumat şagirdlərdən müəllimlərə doğru gedir.


Ədəbiyyat siyahısı
1.Abbasov Ə., Quliyeva K. İnnovativ pedaqoj texnologiyalar.//Kurikulum,cild 11, №4, 2018, s.5-11
2.Abbasov Ə., Cavadov İ. Kurikulum islahatı: tədqiqatlar, nəticələr. Bakı, Mütərcim, 2011, 344 səh.
İsmayılova T. Kurikulum. Yeni təlim texnologiyaları.Dərs vəsaiti, Bakı, Mütərcim, 2020, 296 səh.
3.İbrahimov F., Hüseynzadə R. Pedaqogika.2 cilddə. I cild. Bakı, Mütərcim, 2012, 548 səh.
4. Kazımov N. Məktəb pedaqogikası. Dərslik, Bakı, Çıraq, 2011, 440 səh.
5.Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Dərslik. Bakı: Qaşıoğlu, 2012, 548 səh.
6.Mehrabov A.O., Abbasov Ə.M., Zeynalov Z.Z., Həsənov R.Ə. Pedaqoji texnologiyalar. Bakı, «Mütərcim», 2006.
7.Paşayev Ə.X., Rüstəmov F.A. Pedaqogika.Yeni kurs. Pedaqoji universitetlərin və ali pedaqoji məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı, «Elm və təhsil», 2002.
8. Педагогические технологии. Учебное пособие для студентов педагогических специальностей / Под общей ред. Кукушина B.C. Серия «Педагогическое образование». Москва, «МарТ», 2004.
9.Щурковa Н.Е. Педагогическая технология. Москва, «Педагогическое общество России», 2005.
10. Юнина Е.А. Технологии качественного обучения в школе .Учебно-методическое пособие. Москва, «Педагогическое общество России», 2007.
11.az.vikipedia.org /wiki/ Texnologiya

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin