Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə39/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Tədris proqramları. Tədris planı əsasında bütün fənlər üzrə tədris proqramları tərtib edilir. Tədris proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən sənəd olub bu və ya digər sinifdə hər bir fənn üzrə təhsilin məzmununu və quruluşunu müyyənləşdirir, elmi biliklərin, dünyagörüş və mənəvi etik ideyaların, həmçinin şagirdlər tərəfindən mənimsənilməsi vacib bilinən praktik bacarıq və vərdişlərin sistemini özündə birləşdirir. Tədris proqramına aiddir:

  1. fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şagirdlərin bilik və bacarıqlarına verilən əsas tələblər, təlimin tövsiyə olunan forma və metodları;

  2. öyrənilən materialın tematik məzmunu;

  3. fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf edəcəyi saatların təxmini miqdarı;

  4. dünyagörüşünün əsas elementlərinin siyahısı;

  5. fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər;

  6. tədris avadanlığının və əyani vəsaitlərin siyahısı;

  7. tövsiyə edilən ədəbiyyat.

Təhsildə diferensiasiya proseslərinin dərinləşməsi ilə əlaqədar olaraq tədris proqramlarının müxtəlif variantları (alternativ variantları) işlənib hazırlanır. Hər hansı bir tədris müəssisəsində şagirdlərin maraq və imkanlarına uygun olaraq bir fənn üzrə bir neçə variantda proqram tətbiq edilməsi təklif olunur. Diferensial proqramlardan istifadə etmək, fənni dərin və ya əksinə, öyrənəcək siniflər yaratmaq haqqında qərarı məktəb şuraları verir.Fənndaxili və fənlərarası əlaqələrdə tədris proqramlarında nəzərə alınır.
Qeyd: Tədris proqramı müəllimdə olur.
Tədris ədəbiyyatı. Təhsilin məzmunu tədris planlarında, proqramlarında və tədris ədəbiyyatında öz əksini tapır. Tədris ədəbiyyatına məktəb dərslikləri, məlumat kitabları, əlavə oxu kitabları, atlaslar, xəritələr, məsələ, misal və ça­lış­ma topluları və s. aiddir. Dərsdə şagirdlərin təlim prosesində şüurlu və fəal iştirakını tədris materialını tam mənimsəməsini təmin etməlidir. Dərslik aşağıdakı didaktik funksiyaları özündə ehtiva edir:

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin