Təhsilin məzmunu.Təhsilin məzmunu dedikdə, müəyyən tip tədris müəssisələrində öyrənmək üçün seçilmiş biliklər, bacarıqlar sistemi başa düşülür. Təhsilin məzmunu abstrakt deyil, o, sistemin daxili mahiyyətindən ayrılmazdır. Şagirdlərin təfəkkürünü, idraki maraqlarını formalaşdırmaq, hərtərəfli inkişafını təmin etmək və əmək fəaliyyətinə hazırlamaq ümumi təhsilin məzmununun əsasını təşkil edir. Təhsilin məzmunu öz əksini Milli Kurikulumda, Dövlət təhsil standartlarında ( standartın məqsədi: təhsil səviyyəsinin aşağı düşməsinə yol verməmək, şagirdlərin bilik, bacarıq və vərdişlərinə verilən standart tələbləri müəyyənləşdirməkdir), tədris planlarında, tədris proqramlarında, dərslik və dərs vəsaitlərində öz əksini tapır. Kurikulum da öz növbəsində tədris planlarını, tədris proqramlarını, metodik işləmələrini, qiymətləndirmə meyarlarını və s. özündə birləşdirir.
Təhsilin məzmununun formalaşmasını şərtləndirən sistemlər içərisində aşağıdakılar əsasdır:
Qəbul edilmiş məqsədlər;
Sosial və şəxsi tələbatlar sistemi məqsədlər sistemi ilə sıx əlaqəlidir. Məktəb təhsilinin məzmunu formalaşdırmaq üçün ənənəvi olaraq sosial və elmi nailiyyətlər sistemi mühüm əhəmiyyətə malikdir. Təhsilin məzmununda elmi nailiyyətlərin tətbiqi sahəsində aparılan tədqiqat işləri göstərir ki, yeni elmi kəşf və ya yeni sosial ideyanın meydana gəlməsi ilə onun məktəbdə sistemi öyrənilməsi arasındakı zaman müddəti dayanmadan kiçilir.
Pedaqoji imkanlar sistemi təhsilin məzmununa məlumatların daxil olmasına yol vermək və ya qadağa qoymaq rolunu oynayan tənzimləyicidir.
Orta ümumtəhsil məktəblərində təhsilin məzmununa verilən tələblər təhsilin inkişafı üzrə dövlət strategiyası ilə müəyyən olunur.
Təhsilin məzmununda iki aspekt gözlənilir: Milli və ümumbəşəri.
Milliliyə ana dili və ədəbiyyat, vətən tarixi, vətəninin fiziki və iqtisadi coğrafiyası, nəğmə və musiqi daxildir. Qalanları isə ümumbəşərdir.
Tədris prosesinin məzmunu bir sistem kimi müxtəlif strukturda təqdim edilir.
Strukturun elementləri ayrı-ayrı biliklər və ya onların elementlərisir. Hazırda təhsilin məzmunun xətti, konsentrik, spiralvari, qarışıq strukturları geniş yayılmışdır.