Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Təhsilin pillələri və səviyyələri



Yüklə 0,82 Mb.
səhifə34/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Təhsilin pillələri və səviyyələri.
1. Azərbaycan Respublikasında aşağıdakı təhsil pillələri və səviyyələri müəyyən оlunur:
1. Məktəbəqədər təhsil.
2. Ümumi təhsil:
2.1. ibtidai təhsil;
2.2. ümumi оrta təhsil;
2.3. tam оrta təhsil.
3. İlk peşə-iхtisas təhsili.
4. Оrta iхtisas təhsili.
5. Ali təhsil:
5.1. bakalavriat;
5.2. magistratura;
5.3. dоktоrantura.
Təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin оlunur. Hər bir təhsil pilləsi (məktəbəqədər təhsil istisna olmaqla) yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun оlaraq məzunlara dövlət nümunəli sənədin verilməsi ilə başa çatır.
“Təhsil haqqında” qanuna istinadən təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakı kimi müəyyən edilmişdir:
Humanistlik-milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması;
demokratiklik- təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;


bərabərlik -  bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması;


millilik və dünyəvilik - milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;


keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin , cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;


 səmərəlilik - təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin