Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Təlimin prinsiplərinin qarşılıqlı əlaqəsi, bir-birindən asılılığı və onların tətbiqi imkanları



Yüklə 0,82 Mb.
səhifə45/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

5. Təlimin prinsiplərinin qarşılıqlı əlaqəsi, bir-birindən asılılığı və onların tətbiqi imkanları
Təlim prosesində prinsiplərdən ayrı - ayrılıqda deyil , vəhdət halında istifadə edilməlidir. 45 dəqiqəlik dərs müddətində müəllim təlimin bütün prinsiplərindən istifadə edə bilər. Təbii ki, bu zaman bu və ya digər prinsipi mütləqləşdirmək olmaz.
Karl Marks haqlı olaraq qeyd edirdi ki , tək skripkaçı yalnız özünü idarə edir , orkestrın isə drijora ehtiyacı vardır. Bu fikri pedaqoji pro­sesə də şamil etmək olar. Pedaqogikada da "bir simdə çalmaq" mümkün deyildir. Pedaqoji prosesdə işin müvəffəqiyyətini təmin etmək üçün təlimin prinsipləri bir - biri ilə qarşılıqlı əlaqədə həyata keçi­rilməlidir.
Belə ki, təlimdə əyanilik bilik və bacarıqların şüurlu mənim­sə­nilməsinə, möhkəm yadda qalmasına səbəb olur, təlimin müvafiqliyini təmin edir. Sistematiklik və ardıcıllıq prinsipi şüurluluq və fəallıq prinsipi ilə sıx bağlıdır. Ardıcıl və sistemli verilən biliklər asan və şüurlu mənimsənildiyi halda, pərakəndə verilən biliklər tez unudulur və mənimsənilməsi böyük zəhmət tələb edir. Sistemlə öyrənilən biliklər yeni biliklərə yol açır, elmi anlayışlarla ümumi qanunauyğunluqlar ara­sında daxili əlaqə yaradır. Sistemlilik və ardıcıllıq prinsipi biliyin şüurlu mənimsənilməsini, uzun müddət yadda qalmasını və şagirdlərin düşünərək fəaliyyət göstərməsini təmin edir. Təlimdə şüurluluq və fəallıq prinsipi əyaniliyin tətbiqini nəzərdə tutur, biliyin yadda möhkəm qalmasına xidmət edir. Biliklərin möhkəmləndirilməsi prinsipi digər təlim prinsip­lərindən necə istifadə edildiyini, şagirdlərin bilikləri necə mənim­sədiklərini, fikirlərinin müstəqillik və fəallığına necə nail olduqlarını aşkar edir. Biliklərin möhkəmləndirilməsi prinsipi müəllimləri dönüb geriyə baxmağa, nailiyyət və nöqsanlarını təhlil edib düzgün nəticələr çıxarmağa təhrik edir.Əyanilik prinsipi müasir dövrdə ən vacib prinsip hesab olunur. Əyanilik tələb edən fənnlərdə tətbiq edilən bu prinsip, məsələn, coğrafiyanın, biologiyanın tədrisində çox mühüm amildir. Belə ki, bu zaman şagirdlərin şəxsiyyət yönümlü tərbiyəsi ön planda olur. Məsələn, Azərbaycanı tədqiq edən səyyahlar mövzusunu tədris edərkən istər xarici səyyahlardan Strabon, alman alimi Abex, rus səyyahlarından Afanasi Nikitin, azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvaninin ölkəmizin təbiətini, əhalisini, flora və faunasını necə qiymətləndirdiyini, hansı xəritələrdən istifadə etdiyini şagirdlərə əyani şəkildə göstərmək onların dünyagörüşünü formalaşdırır, öz ölkəsi haqqında müsbət fikirlər formalaşdırır. Azərbaycanı onlara yenidən tanıdır. Şagirdlərin xəritələrdən, elmi ədəbiyyatlardan istifadə edərkən, səyyahların ölkəmiz haqqında yazdıqları monoqrafiyalardan istifadə etməklə, refarat yazmaqla şagirdlərin elmi ədəbiyyatlara marağı artır, elmi axtarışlar aparmağa can atır. Ölkəmizə qarşı fikirləri dəyişir, yenilənir. Vətənə sevgisi yaranır, onu qorumaq hissi baş qaldırır. Çünki, şagirdə sev deməklə onlarda sevgi yaratmaq mümkün deyil, onlar gördükləri, dərk etdikləri, tanıdıqlari şeyləri sevirlər. Ölkəmizin qədim tarixə malik olmasını, sivil dövlər olmasını, özünəməxsus adət-ənənələrə malik olduğunu öyrəndikcə öz xalqını daha dərindən tanımağa və sevməyə başlayır. Gələcəyin əsgəri olan oğlanlar xəritə ilə işləməyi bacarır, məhəldə cəhət təyin etməyi öyrənirlər. Əyanilik prinsipi şagirdlərdə müxtəlif növ bacarıqlar formalaşdırır.
Beləliklə , təlim prosesində bir prinsip o biri təlim prinsiplərinin tətbiqi üçün vasitə rolunu oynayır , onunla üzvi şəkildə həyata keçirilir. Deməli , təlimin prinsipləri mühüm tələblər kimi həmişə təlim işində əsas tutulmalıdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin