Ənənəvi təlim metodlarının xarakteristikası.
Metod yunan sözü olub idrak və praktik fəaliyyəti dərk etməyin yolu mənasında işlədilir. Insan qarşısına qoyduğu məqsədə çatmaq üçün müxtəlif yollardan, vasitələrdən istifadə edir. F.Bekon metodu yolçunun yolunu işıqlandıran məşələ bənzədirdi.
Təlim prosesində qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün müəllimlə şagirdlərin birgə fəaliyyətinin səmərəli yollarına təlim metodları deyilir. Təlim metodları müəllimin şagirdləri biliklərlə silahlandırmaq, onların fəaliyyətini düzgün istiqamətləndirmək üçün seçdiyi, istifadə etdiyi yollar və vasitələr sistemidir. Təlim metodları yalnız müəllimin deyil, habelə şagirdlərin də fəaliyyətini əks etdirir, onların fəallığına, müstəqilliyinə, yaradıcılığına şərait yaradır.
Təlim metodlarını seçərkən bir 45 dəqiqəlik dərsin məqsədi, fənlərin özünəməxsus xüsusiyyətləri, şagidlərin yaş xüsuiyyətləri, məktəbin şəraiti nəzərə alınır.
Ənənəvi olaraq təlim metodlatrı bilik mənbələrinə görə təsnif olunmuşdur.
Təlim metodlarının bilik mənbəyinə görə təsnifatın üstünlüyü odur ki, daha asan yadda qalır. Bilik mənbəyinə görə metodlar belə təsnif edilir:
Mənbələr
|
Metodlar
|
Müəllimin sözü
Kitab
Şagidlərin fakt və hadisələri müşahidəsi
Şagidlərin fəallığı
|
Müəllimin şifahi şərhi, müsahibə
Kitab üzərində iş
Illüstrasiya və demonstrasiya
Laboratoriya işi: praktik işlər, çalışmalar
|
Müəllimin şüfahi şərhiməlumat-inkişafetdirici metodlar sırasında durur. Müəllim şərh zamanı bir sıra didaktik məsələləri həll edir. O, şagirdlərə məlumat verir, onların biliklərə yiyələnmək prosesini idarə edir, idrak marağı və qüvvələrinin inkişafına şərait yaradır. Bu metodun üstünlüyü ondadır ki, müəllim az vaxtda şagidlərə çox məlumat verə bilir.
Müəllimin şifahi şərhinin üç növü vardır: a) nəql etmək; b) izah etmək; c) məktəb mühazirəsi. Nəql etmək - fakt və hadisələri canlı, emosional bir tərzdə danışmaqdır. Müəlliminizahı –qaydanı, qanunauyğunluğu, misal və məsələni dəlil və sübutlarla izah etməsidir. Izah zamanı şagirdlərin suallara cavabları, müsahibələrdə iştirak etmələri zəruridir. Müəllim materialı izah edərkən fikri fəallıq priyomlarından istifadə edir. Müəllim şagirdlərə izah etdiyi materialın planını verir, şagidlərin diqqətini hadisələrin ümumi və xüsusi tərəflərinə cəlb edir. Müəllim şərh zamanı şagidlərin idrak fəallığını təmin və idarə etmək üçün suallardan, ani fasilədən istifadə edərək nitqin daha anlaşıqlı və təsirli olmasına çalışır.
Dostları ilə paylaş: |